Söz, kəlmə.
Onlar gedib Ağa xanın evinə çatdılar. Ağa xan dedi:
– Bu cavan oğlan oxusun görüm, ləfzi nə təhərdi, mənim toyumu yola sala bilərmi? (“Abdulla və Cahan”)
*
Amma, cavan oğlan, sənin ləfzin yaxşıdır, qızın yanında bir söz deyib, mənim adıma bağlarsan. (“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikasıDastanlarda, əsasən, “oğlan uşaqlarının tərbiyəsi ilə məşğul olan adam” mənasında işlənir.
Dialektlərdə ata, böyük qardaş, baba, nökər mənalarında da işlənir.
– Elmlər qurtardı, tay gedə bilərsən. Bunnan sonra mən oldum sənin lələn. (“Abdulla və Cahan”)
*
Lələ köçüb yurdu ağlayır. (“Alı xan”)
Azərbaycan dastanlarının leksikasıAra, aralıq; orta, ortalıq.
Sözün beynəlmiləl, beynəlxalq kəlmələri ilə əlaqəsi var.
Mən də xan babama namə yazaram,
Ara yerdə mabeynini düzərəm;
Əsma xanım qulluğunda gəzərəm,
İki tərlan bir igidə ar deyil.
(“Lətif şah”)
İkinci misranı ara yerdə (aralıqda) aranızı düzəldərəm kimi anlamaq olar. Sözlərin paralel işlənməsi dastanlarda rast gəlinən haldır. Məsələn, mürğ quşu ifadəsində hər iki söz eyni mənadadır.
Azərbaycan dastanlarının leksikası