Morfoloji əlaməti -ın4 şəkilçisi olan yiyəlik hal; məs.: xalçanın rəngi, otağın havası və s.
Müəyyən yiyəlik hal kimin? nəyin? haranın? suallarına cavab verir. Cümlədə daha çox özündən sonra gələn mənsubiyyət şəkilçili sözlə III növ ismi birləşmə yaratmış olur; məs.: Kitabın rəngi yaşıl idi. Müəyyən yiyəlik hal müstəqil şəkildə yalnız ismi xəbər ola bilir; məs.: Kitab qardaşımındır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlamətinin yer aldığı təşbeh.
Məsələn: “Oğlan dayanıb güzgü qırıqları kimi parıldaşan ulduzlara tamaşa edirdi...” (S.Əhmədov) Burada təşbehin yaradılmasında iştirak edən bütün elementlər vardır: “ulduz” bənzəyən, “güzgü qırıqları” bənzədilən, “kimi” bənzətmə qoşması, “parıldaşan” isə bənzətmə əlamətidir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta әsrlər Şәrq әdәbiyyatında hər bəndi beş misradan ibarət olan lirik şeir şәkli; beşlik.
Müxəmməsin misrası 15-16 hecadan ibarət olur. Qafiyə quruluşu belədir: a.a.a.a.a, b.b.b.b.a, c.c.c.c.a, d.d.d.d.a və s. Çox zaman gözәllik vә mәhәbbәt mövzularında yazılır. Son bәnddә müәllifin tәxәllüsü verilir (möhürbənd). Müxəmməs janrından həm klassik, həm də aşıq ədəbiyyatında istifadə olunub. Yazılı ədəbiyyatda müxəmməslər əruz vəznində, aşıq ədəbiyyatında isə heca vəznində yazılır. Məhəbbət, gözəllik, ictimai-sosial, fəlsəfi motivlər müxəmməsin əsas mövzularıdır. M.P.Vaqifin “Görmədim”, Q.Zakirin “Eylər” şeirləri müxəmməs janrında yazılıb; məsələn:
I bənd:
Mən cahan mülkündə mütləq dоğru halət görmədim, (a)
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. (a)
Aşinalar ixtilatında sədaqət görmədim, (a)
Biətü iqrarü imanü dəyanət görmədim, (a)
Bivəfadan lacərəm, təhsili-hacət görmədim. (a)
II bənd:
Xah sultan, xah dərvişü-gəda bilittifaq, (b)
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq. (b)
Cifеyi-dünyayədir hər еhtiyacü iştiyaq, (b)
Munca kim, еtdim tamaşa, sözlərə asdım qulaq, (b)
Kizbü böhtandan səvayı, bir hеkayət görmədim. (a)
(M.P.Vaqif)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYalnız bənzəyən və bənzədilənin əsasında qurulan təşbeh.
Buna örtülü təşbeh də deyilir; məsələn:
Camalın günəşdir, qəmərdir üzün,
Şəkərdir dəhanın, şirindir sözün. (M.P.Vaqif)
Nümunədə dörd mükəmməl təşbeh işlənib. Məsələn, “camalın günəşdir” ifadəsində birinci söz bənzəyən, digəri isə bənzədiləndir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər hansı bir əsərin, kitabın əvvəlində verilən izahedici məqalə; giriş.
Müqəddiməni müəllif özü, onun qələm dostu, kitabın redaktoru və ya müvafiq sahənin mütəxəssisi yaza bilər. Burada müəllif və onun yaradıcılığı barədə məlumat verilir, kitaba münasibət bildirilir, müəllifin məqsədi açıqlanır, nəşrin prinsipləri, materialların seçilməsi meyarları göstərilir. Bəzi hallarda müqəddimə “Müəllifdən”, “Redaktordan”, “Nəşriyyatdan” və s. sərlövhələrlə verilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüxtəlif sənətkarlar tərəfindən işlədilən məşhur epitetlər.
Ədəbiyyatımızda, xüsusilə klassik poeziyada “şahbaz baxışlı”, “hindu xallı”, “kaman qaşlı” kimi tez-tez rast gəlinən epitetlər var ki, onların ilk dəfə kim tərəfindən işlənildiyini müəyyən etmək mümkün olmur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHәr beyti bir dildә olan şeir forması.
Azәrbaycan şairlәri müləmmələri, әsasәn, üç dildә: әrәb, fars vә Azәrbaycan dillәrindә yazıblar. Bu formadan daha çox qəzəllərdə istifadə olunub. Bir misrası ərəb və ikinci misrası türk dilində olan beytlərə Füzuli divanında rast gəlinir. Müləmmə klassik poeziyadan aşıq әdәbiyyatına da keçib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz vəzninin bəhrlərindən biri.
“Münsərih” sözü “cəld, çevik, sürətli, axıcı, azad, sərbəst” mənalarında işlədilir. Bu bəhrin 2 və bəzən 4 növü olduğu göstərilir. Münsərih bəhrinin təfiləsi belədir: Müftə’ilün fA’ilün müftə’ilün fA’ilün; məsələn:
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Qoysanız öz oğlumu mən salım öz halimə,
Sənətimi öyrədib uydurum əhvalimə,
Dün bu oxutmaq sözün ərz elədim alimə… (M.Ə.Sabir)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSöz birləşməsi şəklində olan şəxs, yer, əsər, ölkə, tarixi gün və s. adları.
Mürəkkəb adlar cümlədə bir suala cavab verir və mürəkkəb cümlə üzvü olur. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şəki Şəhər İcra Hakimiyyəti. Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi gün adlarında da bütün sözlərin baş hərfləri böyük yazılır (yardımçı sözlərdən başqa): Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahid.
Tərkib hissələri arasında sintaktik əlaqənin xarakterinə və ümumi qrammatik mənasına görə mürəkkəb cümlələr iki növə – tabesiz və tabeli mürəkkəb cümlələrə ayrılır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti