Lirik növdə yazılmış əsərlərdə emosiyaları, duyğuları oxucuya çatdıran şərti obraz.
Lirik qəhrəman süjetli əsərlərdəki kimi dinamik deyil. Onun duyğuları çox zaman konkret hadisə ilə yox, əbədi dəyərlərlə bağlı olur. Lirik qəhrəmanla müəllifin şəxsiyyəti, xarakteri arasında çox zaman sıx əlaqə, vəhdət olur; onun əsasında şairin mənəvi, sosial və estetik dünyagörüşü haqqında təsəvvür yaranır. Buna baxmayaraq şairlə lirik qəhrəmanı tamamilə eyniləşdirmək olmaz. Epik əsərlərdə olduğu kimi, burada da müəllif hər hansı xarakter yaradıb həyata onun gözləri ilə baxa bilər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsasən, müəllif hislərinin ifadə olunduğu, emosional cəhətdən dolğun bədii nəsr.
Nəsrlə yazılan əsərlər, əsasən, təhkiyə xarakterli olub epik növə aid edilsə də, bəzən lirika elementləri ilə zəngin olur. Lirik nəsr bədii nəsrin müxtəlif növlərində, xüsusilə lirik-epik əsərlərdə təzahür edən üslub xüsusiyyətidir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. lyricos – liranın müşayiəti ilə ifa olunan
Bədii ədəbiyyatın üç əsas növündən biri: qəhrəmanın duyğu və əhvali-ruhiyyəsinin əks olunduğu əsərlər.
Şərqdə (həmçinin Azərbaycanda) lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da lira kimi simli musiqi alətinin adıdır. Lirik əsərlər epik və dramatik əsərlərdən bədii dərketmənin obyekti və üsulu baxımından fərqlənir. Lirika insanın hiss-həyəcanlarının, fikir və arzularının ifadəsidir. Lirikada hadisə nəql olunmur, hadisədən doğan əhvali-ruhiyyə, vəziyyət, yaxud münasibət ifadə olunur. Burada da sevinc və ya kədər, məhəbbət və ya nifrət, iftixar və ya peşmançılıq, ümid, yaxud çarəsizlik kimi motivlər üstünlük təşkil edir. Lirik əsərlərdə aparıcı yeri emosiya və tərənnüm tutur. Lirika ani və güclü ehtirasların məhsuludur. Məhz buna görə lirik əsərlər həcm baxımından böyük olmur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTəhkiyənin lirik haşiyələrlə müşayiət olunduğu əsər.
Lirik-epik əsərlər, əsasən, nəzmlə yazılan süjetli əsərlərdir. Bura bir sıra poemaları aid etmək olar. Belə əsərlərdə müxtəlif hadisələr və xarakterlər təsvir olunsa da, süjet xəttinin inkişafında lirik qəhrəmanın duyğu və ovqatı mühüm rol oynayır. N.Gəncəvinin “Leyli və Məcnun”, “Yeddi gözəl”, M.Müşfiqin “Bakının dastanı”, B.Vahabzadənin “Şəbi-hicran” poemaları lirik-epik poemalardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. litotes – sadəlik
Təsvir olunan hadisə və varlığın miqyasının, gücünün bədii cəhətdən kiçildilməsi; mübaliğənin əksi.
Litotada hadisə və ya predmet əsərin ideyasına uyğun olaraq həddindən artıq kiçildilir; məs.:
Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa minsəm, aparar məni. (O.Sarıvəlli)
Ərəb Reyhanın adamları hamısı qırğı görmüş cücə kimi qaçıb dağıldı (“Koroğlu” dastanından).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüəyyən qayda ilə düzülən və müxtəlif xüsusiyyətləri: yazılışı, tələffüzü, mənası və ya başqa dilə tərcüməsi göstərilən sözlər toplusu; sözlük.
İlk türkdilli lüğət Mahmud Kaşğarinin yazdığı “Divanü lüğat-it-türk”dür. Lüğətlər iki cür olur: 1. Ensiklopedik lüğətlər. Bu lüğətlərdə, əsasən, adlar – terminlər və xüsusi isimlər yer alır. 2. Filoloji lüğətlər: izahlı, terminoloji, ikidilli, orfoqrafik, orfoepik, etimoloji və s. Lüğətlərdə sözlər, adətən, əlifba sırası ilə düzülür. Lakin sözlərin işlənmə tezliyini göstərən tezlik lüğətləri, eləcə də mövzular üzrə tərtib olunan bəzi ensiklopedik lüğətlərdə sözlərin əlifba ardıcıllığı gözlənilmir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXVII–XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən maarifçi cərəyan.
Maarifçi realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərindən Volter və Didronun nəsrində özünü göstərib. Maarifçi realistlər müsbət, şüurlu insanın tərbiyə və təhsil sayəsində yetişəcəyinə inanırdılar. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətləri və insanların qüsurlarının avamlıq və savadsızlığın nəticəsi kimi göstərilməsi əsas olub. Azərbaycan ədəbiyyatında maarifçi realizmin bariz nümayəndələri A.Bakıxanov və M.F.Axundzadə idi. Sonralar C.Məmmədquluzadə, N.Nərimanov, N.Vəzirov kimi ədiblərin yaradıcılığında maarifçi realizm baxışları özünü göstərib. Azərbaycanda sovet rejimi yarandıqdan sonra tədricən maarifçi realizm cərəyanı sosialist realizmi ilə əvəz olunub.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBilik və mədəniyyətin geniş kütlələr arasında yayılmasını təbliğ edən ideoloji cərəyan.
XVII–XVIII əsrlərdə Qərbi Avropa və Şimali Amerikada meydana çıxıb, bədii ədəbiyyatın ideya və məzmununa öz təsirini göstərib. Bu termini ilk dəfə İ.Kant “Maarifçilik nədir” məqaləsində (1784) işlədib. Lakin maarifçilik ideyaları çox qədimlərdən mövcud olub və bəşər mədəniyyətinin inkişafında müstəsna rol oynayıb. Maarifçilərin fikrincə, xurafat, mövhumat, nadanlıq insan bədbəxtliyinin əsas səbəbidir. Maarif, fikir azadlığı isə mədəni və sosial inkişafda müstəsna rol oynayır. Maarifçilər insanları savadlandırmaq, onlarda müstəqil düşüncə tərzi, cəsarət tərbiyə etmək, elmi dindən ayırmaq məqsədi güdürdülər. Azərbaycanın böyük maarifçiləri sırasına Q.Zakir, S.Ə.Şirvani, H.Zərdabi, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b. aid edilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXIX əsrin ortalarında romantizm zəminində yaranmış kəskin süjetli roman janrı.
Meşşanlıqdan uzaqlaşaraq qəhrəmanlıq dünyasına düşmək istəyi romantizmə xas idi və bu cəhət macәra romanında da özünü göstərir. Macәra romanının əsas vəzifəsi oxucunu tərbiyələndirmək deyil, onu əyləndirməkdir. İlk macәra romanının müəllifləri Valter Skott (“Kventin Dorvard”, “Ayvenqo”), Fenimor Kuper (“Sonuncu mogikan”, “Ləpirçi”), Viktor Hüqo (“Paris Notr-Dam kilsəsi”), Robert Stivenson (“Dəfinələr adası”), Aleksandr Düma (“Üç muşketyor”, “Kraliça Marqo”) olub. Bir sıra mənbələrdə avantüra romanı da adlanır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti