Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qarşılıq söz

Bağlayıcı sözün iştirakı ilə yaranan tabeli mürəkkəb cümlənin baş cümləsində həmin bağlayıcı sözlə əlaqələnən əvəzlik-qəlib.

Nümunə: Kim yaxşı oxuyub, onu seçdilər. Kim ki ad qoymuşdur qoca dünyada, onu öz dostları vermişdir bada (N.Gəncəvi).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qeyri-müəyyən miqdar sayları

Əşyanın miqdarını qeyri-müəyyən şəkildə bildirən saylar.

Qeyri-müəyyən miqdar saylarına aşağıdakıları aid etmək olar: 1. Az, çox, xeyli, çoxlu və s. 2. Yuvarlaq müəyyən miqdar saylarına -larla2, -larca2 şəkilçilərini artırmaqla əmələ gələn qeyri-müəyyən miqdar sayları: onlarla, minlərlə, milyonlarca və s. 3. Bir sayının müxtəlif sözlərlə işlənməsindən əmələ gələn qeyri-müəyyən miqdar sayları: bir sıra, bir çox, bir az və s. 4. Müxtəlif sayların birlikdə işlənməsindən əmələ gələn qeyri-müəyyən miqdar sayları, yaxud təqribi (təxmini) saylar: on-on beş (10–15), üç-dörd (3–4) və s. Qeyri-müəyyən miqdar sayı bildirən bəzi sözlər həm də zərf rolunda çıxış edir; məs.: çox adam (say), çox danışır (zərf).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qeyri-müəyyən şəxsli cümlə

Xəbər əsasında formalaşan iş və hərəkətin subyektinin qeyri-müəyyən olduğunu bildirən sadə cümlə.

Qeyri-müəyyən şəxsli cümlələrdə mübtəda iştirak etmir və xəbər həmişə III şəxsin cəmində olur. Bu cümlələrdə çox zaman elə bil, sanki, guya ki, deyəsən və s. modal sözlər işləni; məs.: Elə bil arxadan kürəyimə bıçaq sancdılar. Müəyyən şəxsli cümlələrdə də xəbər III şəxsin cə­mində olur. Lakin bu cümlələrdə söhbət konkret subyektdən gedir; məs.: Sonra bizi meşəliyə apardılar.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qeyri-müəyyənlik bildirən yiyəlik hal

Yiyəlik hal mə­na­sına malik olub onun qrammatik funksiyasını yerinə yetirən, lakin şəkilçi ilə işlənməyən hal.

Qeyri-müəyyən yiyəlik hal­da olan sözlər II növ təyini söz birləşməsinin birinci tərəfini təşkil edir; məs.: ağac yarpağı, məktəb direktoru, kitab və­rəqi və s. İsmin bu halı formaca adlıq hala oxşayır (şəkilçisiz iş­lənir, nə? sualına cavab verir). Qeyri-müəyyən yiyəlik halda iş­lənən sözə  müəyyənlik bildirən hal şəkilçisini əlavə etdikdə bu sözdə mənaca və sintaktik funksiyaca dəyişiklik yaranmır: sinif rəhbəri – sinfin rəhbəri, ana vəsiyyəti – ananın vəsiyyəti və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qəhrəmanlıq dastanları

Süjet xəttinin əsasını qəhrə­man­ların igidliyi və göstərdiyi şücaətlər təşkil edən xalq dastanları.

Qəhrəmanlıq dastanları ədəbiyyatımızda ən qədim dastan növüdür. “Kitabi-Dədə Qorqud” ana dilimizdə yaranmış ən qədim qəhrəmanlıq dastanları hesab edilir. “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Səttarxan”, “Qatır Məmməd” dastanları da qəhrəmanlıq dastanlarıdır. Bu dastanlarda xalqımızın azadlıq mübarizəsi ifadə olunub. “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanı həcmcə ən böyük qəhrəmanlıq dastanlarıdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti