Əşyanın adını bildirib kim? nə? hara? suallarından birinə cavab verən əsas nitq hissəsi.
İsimlər quruluşca sadə (kitab), düzəltmə (kitabxana) və mürəkkəb (taxtabiti) olur. Özünəməxsus cəhətlərindən digərləri isə ümumi – xüsusi, canlı – cansız, konkret – mücərrəd varlıqların adını bildirməsidir. İsimlər morfoloji cəhətdən hal, mənsubiyyət, kəmiyyət şəkilçilərini qəbul edə bilir; bütün cümlə üzvləri vəzifəsində iştirak edə bilir. Məsələn: torpaq (sadə, ümumi və konkret isim), Gəncə (xüsusi isim), düşüncə (düzəltmə, mücərrəd isim), ağaclar (cəm isim), aşsüzən (mürəkkəb isim) və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsas tərəfi adlarla (isim, sifət, say və əvəzliklərlə) ifadə olunan söz birləşməsi.
İsmi birləşmələrin növləri bunlardır: I növ təyini söz birləşməsi (gözəl arzu), II növ təyini söz birləşməsi (söz ustası), III növ təyini söz birləşməsi (igidin taleyi) və qeyri-təyini ismi birləşmə (dodağında təbəssüm, vətənə sevgi). İsmi birləşmələr quruluşca sadə və mürəkkəb olur. İki əsas nitq hissəsi ilə düzələnlər sadə (su maşını), üç və daha artıq əsas nitq hissəsi ilə düzələnlər isə mürəkkəb (vətənin igid əsgərləri) olur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFeilin təsriflənən formaları və feili bağlamadan başqa, digər nitq hissələri və söz birləşmələri ilə ifadə olunan xəbər.
Var, yox, lazım, gərək, mümkün, bəs sözləri də suala cavab vermədən müstəqil ismi xəbər ola bilir; məs.: Süfrədə cürbəcür yeməklər var idi. Arifə bir işarə də bəsdir. İsmi xəbər quruluşca iki cür olur: sadə ismi xəbər, mürəkkəb ismi xəbər. Sadə ismi xəbər nitq hissələri ilə ifadə olunur; məs.: Alnının qatları qırış-qırışdır (S.Vurğun). Mürəkkəb ismi xəbər isə söz birləşmələri ilə ifadə olunur; məs.: O zənən Uzun Həsənin anasıdır (F.Kərimzadə).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşarə məqsədilə işlədilən əvəzliklər: o, bu, elə, belə, həmin.
İşarə əvəzliklərinin hamısı sifəti, o, bu əvəzlikləri həm də ismi, elə, belə əvəzlikləri isə həm də zərfi əvəz edə bilir; məs.: Bu qələmlə yaz (sifət). Belə danışma (zərf). O, bu əvəzlikləri mənsubiyyət şəkilçilərini qəbul etmir. Elə, belə işarə əvəzlikləri yalnız III şəxsdə mənsubiyyətə görə dəyişməklə hallana, cəmlənə və xəbərlik şəkilçisi qəbul edə bilir; məs.: eləsi, eləsinin, beləsinə, belələrindən, belədir və s. O, bu əvəzlikləri mübtəda vəzifəsində işlənərkən özündən sonra feil (feili sifətdən başqa), əvəzlik və köməkçi nitq hissələri (modal sözlərdən başqa) gələrsə, vergül qoyulmur; məs.: O danışdı. Bu həm sizin, həm də bizim işimizdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabesizlik bağlayıcılarının mənaca növlərindən biri: həm, həm də, həm də ki, o cümlədən, habelə, hətta, da, də, özü də, həmçinin, eləcə də, nəinki.
Bu bağlayıcılar həmcins üzvlər, söz birləşməsinin tərkibindəki sözlər və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənərək iştirak məzmunu yaradır; məs.: Direktor həm şagirdləri, həm də valideynləri otağına dəvət etdi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsərin əvvəlində onun kimin şərəfinə və ya nə münasibətlə yazıldığını göstərən qeyd.
Qədim dövr ədəbiyyatımızda əksər poemalar dövrün hökmdarlarına ithaf edilirdi. İthaf müxtəlif məzmun və formada ola bilər. Məsələn, C.Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsini Qoqola ithaf etdiyini bildirmək üçün hekayənin başlanğıcında epiqraf şəklində belə qeyd verib: “Qoqol, Allah sənə rəhmət eləsin”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. jenre – tip, növ
Müəyyən məzmun və forma xüsusiyyətlərinə görə tarixən formalaşmış əsər tipi.
İstənilən əsər müəyyən meyar və prinsiplər əsasında bu və ya digər janra aid edilir. Hər bir ədəbi növün (lirik, epik, dramatik) öz klassik janrları vardır. Müəyyən kanonların və bədii ehkamların ciddi gözlənildiyi qədim dövr ədəbiyyatı ilə müqayisədə yeni dövrdə janrlar arasında sərhəd bir qədər yayğın xarakter alır. Müəlliflər klassik janrların müxtəlif modifikasiyalarını yaratmışlar ki, buna janr tipləri də deyilir. Məsələn, dramatik janr olan komediyanın vodevil, fars, operetta kimi növləri yaranmışdır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. – boşboğazlıq, cəfəngiyyat
Yalnız müəyyən ictimai qrupun və ya peşə adamlarının istifadə etdiyi leksika.
Məişətdə işlənən “göy” (dollar əsginası), “manıs” (toylarda çıxış edən musiqiçi) sözləri jarqona aiddir. Eyni peşəyə mənsub adamların işlətdiyi jarqon sözlər terminlərdən fərqli olaraq yalnız danışıq dilində işlədilir. Jarqonun bir qismi mövcud dildəki sözlərin başqa məna kəsb etməsi nəticəsində yaranır. Bununla yanaşı, əcnəbi dillərdən alınaraq jarqona çevrilmiş sözlər də vardır. Bədii ədəbiyyatda jarqondan surətləri səciyyələndirmək, onların müəyyən sosial qrupa aid olduğunu vurğulamaq məqsədilə istifadə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİki növü var. Birinci növ dördbölümlü bütöv kamildir; mütəfA`ilün mütəfA`ilün mütəfA`ilün mütəfA`ilün təfiləsindədir. Nümunə:
Yetər, ey fələk, bu cəfa,
Yetir məni-zarə sərvi-rəvanimi. (M.Füzuli)
İkinci növ ikibölümlü bütöv kamildir; mütəfA`ilün, mütəfA`ilün təfiləsindədir. Məsələn: Məni axiri bu qəm öldürür (M.Ləli).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. caricatura < caricare – şişirtmək
İctimai-siyasi və ya məişət mövzusunda çəkilmiş satirik və ya yumoristik rəsm.
İllüstrasiyanın bir növü olaraq karikaturadan daha çox satirik jurnallarda və ya komik məzmunlu kitablarda istifadə edilir. Burada təsvir olunan şəxs(lər)in çatışmazlıqları qabarıq göstərilir. Azərbaycanda müstəqil janr kimi XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının ideya-bədii təsiri nəticəsində yaranıb. Ən görkəmli karikatura ustası Əzim Əzimzadə olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti