Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

İSBN [ay-es-bi-en] abreviatura

ing. International Standard Book Number – «Beynəlxalq standart kitab nöm­rəsi» terminindən yaradılmış abreviatura

Kitabların beynəlxalq standart eyniləşdirmə nömrəsi, kodu.

Bu kodlardan kitabların satışının, yayımının təşkili, kata­loqların tərtibi və s. məqsədlərlə is­tifadə olunur. İSBN əsasında kitabın ştrix- kodu yaradılır.

See also:

Jurnalistika terminləri lüğəti

İSSN [ay-es-es-en] abreviatura

ing. International Standard Serial Number – «Beynəlxalq standart serial nömrə» terminindən yaradılmış abreviatura

Dövri nəşrlərin beynəlxalq standart eyniləşdirmə nömrəsi, kodu.

Həm mətbu, həm də elektron nəşrlərə verilən bu kodlardan qəzetlərin, jurnalların və s.-nin beynəlxalq sa­tışının, yayımının təşkili, ka­taloqların tərtibi və s. məqsədlərlə isti­fadə olunur. İSSN əsasında dövri nəşrin ştrix-kodu yaradılır.

See also:

Jurnalistika terminləri lüğəti

istinad məlumatları

1. Dövri mətbu nəş­rin hər buraxılışında əks etdirilməsi məc­buri olan məlumatlar.

İ.M.-na nəşrin adı, sıra sayı, indeksi, tirajı, qiyməti, çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı, habelə təsisçi (həmtəsisçi) və baş redaktorun (re­daktorun) soyadı, adı, redaksiyanın və mət­­bəənin ünvanları daxildir.

2. Gün ər­zində yayım aparılarsa, azı dörd dəfə, başqa hallarda isə yayımın əvvəlində və sonunda yayımçı tərəfindən elan edilməli olan mə­lumatlar.

Bu məlumatlara ya­yımçının adı, ünvanı, kanalın çağırış kodu, verilişin adı və efir vaxtı, müəllifin, habelə efirə buraxılış üçün icazə vermiş baş redaktorun (redaktorun) adı və soyadı, digər informasiyalar aiddir.

Jurnalistika terminləri lüğəti

işgüzar nüfuz

Şəxsin təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiy­yətlərinə görə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda tutduğu mövqe.

İ.N., şərəfləyaqət anlayışları arasında konkret fərqlər olsa da, onlar əksər hallarda, o cümlədən normativ aktlarda birgə işlədilir, eyni cür qorunur. Qa­nunvericiliyə görə, təsərrüfat fəaliyyəti ­və s. funksiyaları barədə yan­lış məlumatların yayılması, haqsız rəqabət üsul və va­si­tə­lərindən istifadə olunması nəticəsində ­İ.N.-una zərər dəymiş şəxs bu zərərin maddi qaydada ödənilməsini, təkzib verilməsini məhkəmədə tələb edə bilər. İ.N.-a qəsd edən məlumat yaymış KİV informasiyanın doğruluğunu sübuta yetirə bilməsə, zərər­çəkənə cavab vermək imkanı yaratmalı, təkzib dərc etməlidir.

See also:

Jurnalistika terminləri lüğəti