lat. canalis – boru
1. Bir qayda olaraq, günün son verilişi kimi efirə çıxan, fərqli mövzusu və forması olan televiziya, yaxud radio proqramı.
G.K. xüsusi proqram formatıdır: onun daimi aparıcısı, təqdimat elementləri, fərqli estetikası və quruluşu olur, konkret auditoriyaya yönəlir, burada müxtəlif mövzulara, əsasən, günün yekununa həsr olunmuş məsələlərə toxunulur.
2. Radioda verilişlər bitdikdən sonra səhərədək davam edən musiqi proqramı, yaxud gecələr yayımlanan ayrıca musiqili radio kanalı.
Jurnalistika terminləri lüğətiƏldə olunma növünə və istifadə qaydasına görə məlumatların kateqoriyalara bölünməsi.
Bu göstəricilərə görə informasiyalar iki növə ayrılır: ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalar. Azərbaycan qanunvericiliyinə görə, alınması məhdudlaşdırılmayan bütün informasiyalar açıq informasiyalar sayılır. Alınması məhdudlaşdırılan informasiyalar isə hüquqi rejiminə görə məxfi və konfidensial (gizli) olur. Dövlət sirri məxfi xarakter daşıyır; vətəndaşların, hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatların böyük qismi konfidensial (gizli) informasiya kateqoriyasına aid edilir. Məlumatların dövlət sirrinə, yaxud konfidensial informasiyalara aid edilməsi, onların istifadə və mühafizə qaydaları, toplanması və yayılması şərtləri müvafiq qanunlarla tənzimlənir.
See also:
Jurnalistika terminləri lüğətiObyektin vəziyyəti haqqında müxtəlif mənbələrdə olan məlumatların alınması və cəmləşdirilməsi.
İ.T. materialın hazırlanması prosesinin ilkin mərhələlərindən biridir və müşahidə, müsahibə, araşdırma, internet resurslarında axtarış, digər üsullarla həyata keçirilir.
See also:
Çoxkanallı interaktiv informasiya mübadiləsi konsepsiyası.
Buna «üfüqi kommunikasiya» da deyilir. İ.Ü.Ö. zamanı, məsələn, sosial şəbəkələrdə istehsalçı ilə istehlakçı arasında sədd faktik olaraq aradan qalxır, onlar informasiya mübadiləsi prosesinin bərabərhüquqlu tərəflərinə çevrilirlər.
See also:
Jurnalistika terminləri lüğətiing. gender < lat. genus – növ, cins
1. Kişi və qadınların ictimai həyatın müxtəlif sahələrində sosial davranış qaydalarını formalaşdıran, bu qaydalar arasındakı eynilikləri və fərqləri müəyyənləşdirən xüsusiyyətlərin cəmi.
2. Cinslər daxilində münasibətlər məcmusu və cinslərarası münasibətlərin sosial cəhəti.
3. İnsanın cəmiyyətdəki davranışını, sosial mühitin bu davranışa təsirini cinsə görə müəyyən edən, qiymətləndirən, öyrənən elm sahəsi.
G. münasibətlərində mövcud olan tarixi stereotiplərin (gender stereotipləri) aradan qaldırılmasında mediaya xüsusi önəm verilir. Bu məqsədlə, ilk növbədə, jurnalistlərin özlərinin həmin stereotiplərdən azad olması üçün təlim proqramları həyata keçirilir, tədris vəsaitləri hazırlanır (məs.: Moskva Dövlət Universitetinin «Gender və KİV» jurnalı). Hətta medianın «G. jurnalistikası» adlanan xüsusi bir sahəsi də formalaşıb.
See also:
Jurnalistika terminləri lüğətiİstifadəçiləri konkret sahələr üzrə geniş məlumatlarla təmin edən, onlara texniki və metodoloji yardım göstərən sorğu-araşdırma xidməti.
İ-R.M.-ləri çox vaxt sahələr (turizm, mədəniyyət, iqtisadiyyatın hər hansı sektoru və s.), bəzən ölkələr və s. üzrə yaradılır, onların həm çap şəklində, həm də elektron daşıyıcılarda böyük arxivi olur. İ.-R.M. maarifləndirmə ilə də məşğul olur, treninqlər, informasiya sessiyaları keçirir.
See also:
Jurnalistika terminləri lüğətilat. informatio – məlumatlandırma, izah
İnformasiyanın ümumi xüsusiyyətləri və strukturunu, habelə kompüter texnologiyaları vasitəsilə həyata keçirilən informasiya prosesləri ilə əlaqədar məsələləri öyrənən elm sahəsi.
İ. məlumatların elektron hesablayıcı maşınlarda emalı, proqramlaşdırma, alqoritmlərin təhlili kimi problemlərlə məşğul olur. Bu termin 1956-cı ildə alman mütəxəssisi Karl Ştaynbux tərəfindən elmə daxil edilib.
Jurnalistika terminləri lüğətilat. informatio – məlumatlandırma, izah
1. Məlumatın dolğunluğu, faktlarla, digər mətn elementləri ilə zənginliyi və daşıdığı biliklərin ümumi həcmi ilə ölçülən keyfiyyət göstəricisi.
2. Dar mənada: materialda yeni məlumat və biliklərin onun bütün mətn elementlərinin cəminə nisbəti.
Bu nisbət nə qədər böyükdürsə, material bir o qədər informativdir. Media materiallarında İ. vacib şərt sayılır.
Jurnalistika terminləri lüğətilat. informatio – məlumatlandırma, izah + ing. entertainment – əyləncə
İnformasiyanı əyləncəli tərzdə təqdim etmək üsulu.
Belə təqdimat üsulu materialın daha maraqlı olmasına və yaxşı qavranılmasına xidmət edir. İ. faktik olaraq jurnalistikanın məlumatlandırma və əyləndirmə funksiyalarının birləşməsi məhsuludur və bir çox media janrlarında (tok-şou, xəbər, reportaj və s.) öz əksini tapır. İnfoqrafika İ.-ə misal ola bilər.
Jurnalistika terminləri lüğətiər. – məhdudlaşdırma
1. Bir şəxsin və ya şəxslər qrupunun, müəssisənin, dövlətin müəyyən sahədə müstəsna hüquqa malik olması.
2. Təsərrüfat subyektlərinin, hakimiyyət və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa, yaxud aradan qaldırmağa yönəldilmiş fəaliyyəti.
Azərbaycan qanunvericiliyi dövlətin üzərinə KİV məhsullarının istehsalı və yayımı sahəsində İ.-ın və haqsız rəqabətin qarşısını almaq vəzifəsi qoyur, bu məqsədlə konkret normalar müəyyənləşdirir. Kabel şəbəkəsi ilə yayım və xarici ölkələrə yayım istisna olmaqla bir teleradio yayımçısının televiziya ilə iki, radio ilə üç proqramdan artıq yayımla məşğul olması qadağan edilir. Fiziki və hüquqi şəxslərə yalnız bir teleradio yayımının təsisçisi (həmtəsisçisi) olmaq hüququ verilir.
Jurnalistika terminləri lüğətiing. gender < lat. genus – növ, cins
Qadın və kişilərin hüquq bərabərliyini, bu hüquqların həyata keçirilməsi üçün onlara bərabər imkanlar yaradılmasını, həmçinin qadınlarla kişilərin cəmiyyətdə bərabər sosial vəziyyətinin təmin olunmasını nəzərdə tutan konsepsiya.
Azərbaycan qanunvericiliyi kişi və qadınları siyasi, iqtisadi, sosial, mədəni həyatda, ictimai həyatın digər sahələrində bərabər imkanlarla təmin edir, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması üçün xüsusi normalar müəyyənləşdirir.
See also:
Jurnalistika terminləri lüğəti