Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

əlavə informasiya

Tele­ra­dio yayım siq­nalının tərkibində ötürülən və proqramlarla heç bir əlaqəsi olmayan vizual,  audio­­­­­­vizual informasiya, yaxud  səs mə­lu­matı.

Ə.İ. hərflər və rəqəmlərdən, qrafik təs­virlərdən, digər xarakterli mə­lu­mat­lardan ibarət ola bilər.

See also:

Jurnalistika terminləri lüğəti

xəbər portalı

lat. porta – giriş, darvaza

Müxtəlif informasiya resurslarını birləş­dirən və interaktiv xidmətlər təklif edən iri­həcmli xəbər saytı.

X.P. eyni domen adına malik bir neçə saytdan da ibarət ola bilər. Onun internet şəbəkəsində çoxlu sayda istifadəçiləri, zəngin informasiya bazası, geniş məlumat-axtarış imkanları, həmçinin bir çox başqa funksiyaları var. Portalda xəbərlərin yenilənməsi real vaxt rejimində baş verir. Geniş auditoriya üçün nəzərdə tutulmuş X.P. üfüqi, tematik X.P. isə şaquli portal adlanır.

Jurnalistika terminləri lüğəti