ing. Digital Video – «rəqəmsal video» sözlərinin baş hərflərindən ibarət abreviatura
Vizual və səsli məlumatların qeydə alınması üçün rəqəmsal format tipi.
Bu tipi Sony, Panasonic, Philips, Hitachi, JVC kimi məşhur videoavadanlıq istehsalçıları birgə hazırlayıb və 1990-cı illərin ortalarında təqdim edib. Televiziya sənayesində belə standarta uyğun videokamera, videokaset və videomaqnitofonları DV adlandırırlar. Formatın MiniDV, DVCAM, Digital 8, DVCPRO, DVCPRO50, Digital S, HDV və s. növləri var.
See also:
Jurnalistika terminləri lüğətiing. Digital Video Broadcasting – «rəqəmsal video yayım» sözlərinin baş hərflərindən ibarət abreviatura
Rəqəmsal yayım standartları ailəsi.
Bu standartları dünyanın aparıcı telekompaniyaları və müvafiq avadanlıq istehsalçıları tərəfindən 1991-ci ildə yaradılmış, 1993-cü ildən DVB Project – Digital Video Broadcasting Project (rəqəmsal video yayım layihəsi) adı almış beynəlxalq konsorsium hazırlayıb. Standartlar tətbiq sahəsinə görə qruplara bölünür: DVB-S peyk yayımı, DVB-C kabel yayımı, DVB-T yerüstü efir yayımı, DVB-H mobil yayım üçün nəzərdə tutulub və s.
Jurnalistika terminləri lüğətiing. Digital Video Disc – «rəqəmsal videodisk» və ya Digital Versatile Disc – «rəqəmsal çoxməqsədli disk» sözlərinin baş hərflərindən ibarət abreviatura
Xüsusi texnologiya vasitəsilə səthinə daha sıx informasiya yazılan rəqəmsal kompakt disk.
DVD 1995-ci ildə bir neçə aparıcı videoavadanlıq istehsalçısı tərəfindən videokasetlərin əvəzedicisi kimi hazırlanıb. Sonradan bu kompakt disklərin müxtəlif məqsədlərlə istifadə üçün yararlılığı aşkar edilib. Buna görə də abreviaturanın iki cür açılış variantı mövcuddur.
See also:
Jurnalistika terminləri lüğətilat. educare – tərbiyə etmək + fr. entretenir – birgə, yapışıqlı
Əyləncə vasitəsilə maarifləndirmə.
E., əsasən, internet texnologiyalarının inkişafı nəticəsində jurnalistikanın maarifləndirmə və əyləndirmə funksiyalarının birləşməsi məhsuludur.
See also:
Jurnalistika terminləri lüğətiRadio və televiziya siqnallarının kollektiv və ya fərdi istifadədə olan qəbuledici qurğulara həm yerüstü ötürücü stansiyalar, həm də naqilli rabitə vasitələri ilə çatdırılmasını təmin edən yayım üsulu.
Adətən, teleradioşirkətlər bütün yayım üsullarından paralel istifadəyə üstünlük verir.
See also:
Jurnalistika terminləri lüğətiƏsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin radio və televiziya vasitəsilə (kabel televiziyası istisna olmaqla), o cümlədən peyklərdən istifadə etməklə əhaliyə çatdırılması.
Kodlaşdırılmış siqnalların bildirişi də (kodun açılması vasitələri yayım təşkilatı tərəfindən və ya onun razılığı ilə əhaliyə təqdim olunarsa) E.B. sayılır.
Jurnalistika terminləri lüğətiƏtraf mühitə, onun komponentlərinə, habelə bu komponentlərin təsirinə məruz qalan insanların sağlamlığı və təhlükəsizliyinə, yaxud mədəniyyət abidələrinin vəziyyətinə dair məlumatlar.
Bu, E.İ. termininə Orhus konvensiyasında (1998) verilmiş beynəlxalq izahdır.
See also:
Jurnalistika terminləri lüğətiƏtraf mühit və onun komponentləri ilə əlaqədar problemləri, ekoloji tədbirləri işıqlandıran jurnalistika sahəsi.
E.J.-nın, başqa sözlə, ekojurnalistikanın əsas məqsədi insanları ətraf mühitin vəziyyəti barədə daim məlumatlandırmaq, həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini təbiətin, mədəniyyət abidələrinin mühafizəsinə yönəltmək, insanların sağlamlığı və təhlükəsizliyi qayğısına qalmaq, təbiətlə harmoniyada yaşamaq qaydalarını vətəndaşlara təlqin etməkdir.
See also:
Jurnalistika terminləri lüğətifr. ecran – arakəsmə
1. Təsvirin proyeksiya olunduğu səth; məs.: televiziya E.-ı, divar E.-ı.
2. Bir mühiti digərindən ayıran, onun təsirindən qoruyan örtük.
Kabelin içərisində yayım siqnalını daşıyan naqili kənar şüalanmadan qorumaq, habelə itkiləri azaltmaq üçün örtük də E. adlanır.
3. Elektromaqnit dalğalarını, işıq şüalarını əks etdirən, yaxud yönəldən səth.
E.-ın bu xüsusiyyətindən fotojurnalistikada, televiziya və kino çəkilişlərində istifadə olunur.
4. Məcazi mənada: televiziya və ya kino sənəti, kinematoqrafiya; məs.: E. ulduzu, E.-a çıxmaq.
Jurnalistika terminləri lüğətilat. excludo – istisna edirəm
1. Yeganə, təkrarsız.
Jurnalistikada bu termindən fakt və hadisələrlə bağlı digər media orqanlarının malik olmadığı informasiyanı, yaxud materialı yayarkən istifadə edirlər. E. xəbər, E. müsahibə, E. reportaj terminləri məhz belə məlumatlara şamil olunur. Onlar orijinallığı və təkrarsızlığı ilə böyük auditoriya marağına səbəb olur.
2. Yalnız bir nəfərə, bir təşkilata məxsus olan; məs.: E. reklam hüququ, E. işıqlandırma hüququ.
See also:
Jurnalistika terminləri lüğətiNəzərdən keçirilən zaman kəsiyində yalnız bir kütləvi informasiya vasitəsini oxuyan, izləyən və dinləyən, yaxud yalnız bir reklam daşıyıcısına müraciət edən əhali qrupu.
E.A. kütləvi informasiya vasitəsinin ümumi auditoriyasının mühüm seqmentini təşkil edir və çox vaxt əhalinin ona olan etimadının göstəricisi kimi qiymətləndirilir.
Jurnalistika terminləri lüğətiMedia layihəsinin, o cümlədən kütləvi informasiya vasitəsinin konkret buraxılışının, yaxud verilişin istehsalı ilə bağlı bütün maliyyə öhdəliklərini üzərinə götürmüş hüquqi və ya fiziki şəxs.
E.S. maliyyələşdirdiyi layihədə müstəsna reklam hüququna malikdir.
See also:
Jurnalistika terminləri lüğəti