Dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələr.
Belə daşıyıcılar müvafiq rekvizitlərə malik olur. Həmin rekvizitlərdə daşıyıcıdakı məlumatın məxfilik dərəcəsi, daşıyıcını məxfiləşdirən dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilatın adı, qeydiyyat nömrəsi, məlumatın məxfiliyinin açılması tarixi və ya şərti, yaxud buna səbəb ola biləcək hadisə göstərilir.
See also:
Dövlət tərəfindən xüsusi qaydada mühafizə edilməsinə, yayılması dövlət təhlükəsizliyi məqsədilə məxfiləşdirilməsinə yol verilməyən məlumatlar.
Bunlara aiddir: insanların həyat və sağlamlığı üçün təhlükə törədən fövqəladə hadisələr və qəzalar, onların nəticələri, habelə təbii fəlakətlər, onların rəsmi proqnozları və nəticələri haqqında, ekologiya, səhiyyə, sanitariya, demoqrafiya, təhsil, mədəniyyət və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında, dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, müəssisə, idarə və təşkilatlara verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması faktları haqqında, ali vəzifəli şəxslərinin səhhəti haqqında, dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin pozulması faktları haqqında informasiyalar.
See also:
Dövlət sirrinin qorunması üçün istifadə edilən vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusu.
Bu tədbirlər səlahiyyətli dövlət orqanları tərəfindən yerinə yetirilir və dövlət sirri təşkil edən məlumatların, habelə onların daşıyıcılarının mühafizəsinə xidmət edir.
See also:
İctimai həyatın müxtəlif sahələrində, o cümlədən media sahəsində fəaliyyəti təşkil etmək və nizamlamaq üçün dövlət tərəfindən tətbiq olunan təsir mexanizmləri və üsullarının cəmi.
Mediada D.T. müvafiq qanunvericilik bazasının yaradılması, məqsədli dövlət proqramlarının hazırlanması və icrası, müəyyən stimullaşdırıcı tədbirlərin (yardımların) təşkili və hüquqazidd hərəkətlərin qarşısının alınması yolu ilə həyata keçirilir. Xüsusi hallarda, məsələn, seçki kampaniyaları zamanı KİV-in fəaliyyətini nizamlamaq üçün əlavə qaydalar, məcburi normalar da tətbiq oluna bilər. Bəzi mühüm istiqamətlərdə fəaliyyəti tənzimləmək məqsədilə ayrıca dövlət orqanları təsis edilir. Milli Televiziya və Radio Şurası belə təsisatlara misaldır: o, yayım kanallarını (tezlikləri) istifadəyə vermək, yayım zamanı qanunvericilik aktlarına, habelə xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinə əməl olunmasına nəzarəti həyata keçirmək və bu kimi funksiyalar daşıyır.
Jurnalistika terminləri lüğətiDövlət orqanı tərəfindən təsis olunan və əsasən büdcədən maliyyələşdirilən teleradio təşkilatı.
D.Y.-nın əsasnaməsini icra hakimiyyəti orqanı təsdiq edir. Onun əsas vəzifəsi dövlətin və cəmiyyətin mənafeyinə yönəlmiş məlumatlandırıcı, maarifləndirici və əyləndirici proqramlar yayımlamaqdır.
See also:
Jurnalistika terminləri lüğətiÇap kütləvi informasiya vasitələrinin buraxılış, radio və televiziya proqramlarının efirə çıxma tezliyi.
D.-inə görə media məhsulları gündəlik, həftəlik, aylıq, rüblük, yarımillik olur. İldə iki dəfədən az işıq üzü görən çap KİV dövri mətbu nəşrlərə aid edilmir. Dövri teleradio proqramları isə, adətən, ayda azı bir dəfə, əksər hallarda həftədə bir neçə dəfə efirdə olur.
Jurnalistika terminləri lüğəti1. Nəyinsə qismən dəyişilməsinə, ona əlavələr edilməsinə yönələn hərəkət, habelə bu hərəkətin nəticəsi.
2. Nəşrin tirajı yayılmazdan əvvəl mətndə son anda aşkar edilən yanlışlıqların aradan qaldırılması üçün görülən tədbir.
Bu məqsədlə mətnin səhv getmiş hissəsi (hissələri) düzgün variantda «D.» başlığı altında ayrıca vərəqədə çap olunur və nəşrə əlavə edilir, yaxud onun arasına qoyulur.
3. Kütləvi informasiya vasitəsində hər hansı yanlışlığa, yaxud təhrifə yol verildiyi aşkarlandıqda onun növbəti buraxılışında bu səhvin etiraf edilməsi və yanlışlığın aradan qaldırılması məqsədilə dərc olunan məlumat.
D. KİV-in öz təşəbbüsü, habelə yanlış məlumatın aid olduğu şəxsin, yaxud onun nümayəndəsinin tələbi ilə verilə bilər. Yanlış informasiyanın aid olduğu şəxsin (onun nümayəndəsinin) səhv məlumat yayılan gündən bir ay müddətində belə tələblə çıxış etməsi mümkündür. KİV həmin tələbi aldığı gündən sonrakı ən yaxın buraxılışında D.-lə çıxış etməli, yaxud 3 gün müddətində əsaslandırılmış rədd cavabı verməlidir. Rədd cavabı almış şəxsin məhkəməyə müraciət etmək hüququ var.
See also:
Jurnalistika terminləri lüğəti