Əsas fəaliyyət sahəsinə informasiya dəstəyi qismində müəssisə və təşkilatlar tərəfindən təsis edilmiş kütləvi informasiya vasitələri.
K.M.-nın auditoriyasını onun təsisçisi ilə bu və ya digər formada əlaqəsi olan insanlar qrupu (əmək kollektivi, istehlakçılar və d.) təşkil edir. Bu, transmilli korporasiyanın öz müəssisələri daxilində yaydığı jurnal, mağazalar kompleksinin alıcılara pulsuz payladığı qəzet, mobil rabitə operatorunun istifadəçilər üçün yaratdığı internet-portal, holdinqin radiostudiyası və s. ola bilər. K.M. sosial idarəçilik formalarından biridir.
Jurnalistika terminləri lüğətilat. corpus – bədən, gövdə
1. Avadanlıq, mexanizm və aparatların xarici qoruyucu örtüyü.
2. Hər hansı ümumi xüsusiyyətə malik mətnlərin strukturlaşdırılmış məcmusu.
K.-lar mövzular, sahələr, mənbələr, müəlliflər və s. üzrə yaradıla bilər. Eyni dildə olan bütün mətnlərin məcmusu linqvistik K., dilçilik elminin onları öyrənən sahəsi isə K. linqvistikası adlanır. Linqvistik K. yalnız sözləri deyil, onların bütün mənalarını, istifadə qaydalarını özündə əks etdirir və dilçilik elmində araşdırmalar üçün ən geniş baza rolunu oynayır.
3. Hündürlüyü 10 punkta (3,76 mm) bərabər mətbəə şrifti.
İlk dəfə Bizans imperatoru Yustinianın «Corpus juris civilis» qanunlar toplusunun nəşrində istifadə olunduğu üçün şriftə bu ad verilib.
Jurnalistika terminləri lüğətilat. creatio – yaratmaq, qurmaq
Yaradıcılıq qabiliyyəti, prinsipial cəhətdən yeni ideyaların üzə çıxarılmasına və qəbul edilməsinə hazırlıq səviyyəsi.
K. media mütəxəssisindən ənənəvi təfəkkür sxemindən kənara çıxmaq, statik sistemlərin daxilində yaranan problemləri orijinal üsullarla həll etmək bacarığı tələb edir. Psixoloji araşdırmalara görə, bu keyfiyyət intellektdən çox, istedadın göstəricisidir.
Jurnalistika terminləri lüğəti