fr. terrasse – meydança
Dağların yamaclarında səthi üfüqi və bir qədər meyilli pillələrdən ibarət relyef forması.
D.T. torpaq sürüşmələri, denudasiya nəticəsində və s. səbəblərdən yaranır. Bəzi dağlıq rayonlarda onlardan zolaqşəkilli əkin sahələri kimi istifadə olunur.
Coğrafiya terminləri lüğətifr. terrasse – meydança
Qurunun qalxması və ya dənizin geri çəkilməsi, həmçinin abraziya nəticəsində dəniz sahilində yaranmış maili pilləvarı sahə.
Su səviyyəsinin qalxması və ya qurunun enməsi müşahidə edilən sahillərdə sualtı D.T.-larına da rast gəlinir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. therapeia – müalicə
İqlim-hava amillərindən ayrı-ayrı xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə istifadə edilməsi.
İ.T. və profilaktikasının nəzəri əsasını ümumi iqlimşünaslığın tətbiqi sahələrindən biri olan tibbi iqlimşünaslıq təşkil edir. İ.T.-nın əsas növləri belioterapiya (günəş vannaları), aeroterapiya (hava vannaları) və talassoterapiyadır (dəniz vannaları). İ.T. kurort, pansionat, sanatoriya, istirahət evləri və s. sağlamlıq ocaqlarında tətbiq olunur.
Coğrafiya terminləri lüğəti1. Bir işi bir daha, yenidən görmə, bir neçə dəfə etmə; bir sözü bir daha, yenidən söyləmə. □ Məqalədə təkrar çoxdur.
2. Zərf kimi: bir işi bir daha, yenidən görmə, bir neçə dəfə etmə; bir sözü bir daha, yenidən söyləmə. □ Kazım əllərini təkrar döşünə qoyub baş əydi, sonra dizi üstə döşəkçəsinin üstündə oturdu. (Y.V.Çəmənzəminli).
3. Dərsi və ya başqa bir şeyi daha dərindən mənimsəmək üçün təkrarən oxumaq. □ Təkrar biliyin anasıdır. (Atalar sözü).
Həmçinin bax: