Reklam
Reklam

Все словари

tetraqonal sinqoniya

Kristalloqrafiyada təsnifat vahidi.

Orta kateqoriyalıdır. Bir-birinə perpendikulyar üç kristalloqrafik oxla xarakterizə edilir. xy oxlarının ölçü vahidləri eyni, z oxununku isə fərqlidir: α=β=γ=90º; a=b≠c. T.S. kristallarında elementar özək oturacağı kvadrat olan düz prizmadır. 7 sinfi var. Siniflərin hər birində bir ədəd dördlük simmetriya oxu olur.

Coğrafiya terminləri lüğəti

tetraedrit

Falers qrupundan mineral.

Kubik sinqoniyada kristallaşır. Adətən, tennantitlə izomorf qatışıq təşkil edir. Hidrotermal mənşəlidir. Mis filizidir.

Coğrafiya terminləri lüğəti