1. Dost, yoldaş. □ Eyibsiz yar axtaran yarsız qalar. (Atalar sözü).
2. Klassik ədəbiyyatda sevgili, məşuq, məşuqə mənalarında işlənmişdir. □ Yardan ayırmaq. Vəfalı yar. Yarındın ayrı düşmək. Yar dərdini yar çəkər. (Atalar sözü).
See also:
1. Bədən, yaxud onun daxili orqanları toxumalarının hər hansı bir silah və ya başqa iti, bərk şeylə zədələnməsi və bu zədənin yeri, hər nə şəkildə olursa olsun, bədənin bir yerində əmələ gəlmiş zədə; xora. □ Güllə yarası. Xəncər yarası. Yarasını sarımaq. Yaradan qan axır. Qılınc yarası sağalar, dil yarası sağalmaz. (Atalar sözü). Əlləri yara içindədir. Yara yeri. Bədənini yara basmış.
2. Məcazi mənada: dərd, iztirab, ruhi sarsıntı, ürək acısı. □ Ürək yarası.
3. Məcazi mənada: cəmiyyətdə olan mənfi hadisələr haqqında. □ Yazıçı öz əsərində köhnə cəmiyyətin yaralarını açıb göstərmişdir.
4. Məcazi mənada: vurulan ziyan, zərər, təxribat haqqında.
See also:
1. Bir şey yaradan, həyata gətirən, meydana gətirən adam. □ Axır, bir de görüm ki, bu təzə firqənin yaradıcısı kimdir? (C.Məmmədquluzadə).
2. Sifət kimi: bir şey yaratmağa qadir olan, maddi və mənəvi sərvətlər yaradan. □ Yaradıcı fikir. Yaradıcı qüvvələr. Yaradıcı əllər.
3. İlahiyyat. Yaradan, xaliq, Allah, Tanrı.
See also:
1. İnsanın maddi və mənəvi sərvətlər yaratmağa doğru yönəldilmiş fəaliyyəti. □ Kütlələrin canlı yaradıcılıq fəaliyyəti. Yaradıcılıq prosesi. Söz yaradıcılığı. Elmi yaradıcılıq. Bədii yaradıcılıq.
2. Yaradıcı əməyin məhsulu, yaradılmış maddi və mənəvi sərvətlərin məcmusu. □ Uşaq yaradıcılığı sərgisi. Sabir yaradıcılığı. Xalq yaradıcılığı (folklor).
See also:
1. Yaratmaq işi; yaradılma, törədilmə, vücuda gətirilmə. □ ...yaradılışına bais olan səbəbini, məsələdən xaric olsa da, burada göstərməyə məcburam. (F.Ağazadə).
2. Varlıq, xilqət, təbiət. □ Dəyişmək – yaradılışın, təbiətin qanunudur. (M.İbrahimov).
3. Bünyad, kök, bünövrə, əsas. □ Yaradılışı zəifdir.
Azərbaycan dilinin izahlı lüğəti