Sözün kökü ummaq feili ilə bağlıdır, -sun şəkilçisi arzu, meyil bildirir (um feilindən umu ismi (umu-küsü deyirik), ondan isə umusun feili əmələ gəlib), “umduğunu əldə edə bilməmək” deməkdir. Bu zaman adam xəstələnə də bilir, onda şiş əmələ gəlir. Z.Freyd bunun psixoloji köklərini şərh edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYumşaq (əsli: uvşaq), uşaq, ufaq, ovmaq, üyütmək (измельчать), un sözlərinin hamısı kiçik, xırdalamaq mənaları ətrafında birləşir və tarixin qədim dövrlərində eyni kökdən törəyiblər. Un –“xırdalanmış”, “əzilmiş”, “yumşaldılmış” deməkdir, “üyüdülmüş”dür. Unnuca (əsli: unluca) adlı pencər də var (üstü unlu, tozlu olduğundan belə adlanıb). Xırda doğra yerinə uşaq doğra deyilən vaxtlar olub. Maraqlıdır ki, başqa dillərdə də un anlamını bildirən söz xırdalamaq mənası ilə bağlıdır (müqayisə et: мука və мягкий; bunlar kökdaş sözlərdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə unamaq feili “bilmək” mənasında açıqlanıb (indi də dialektlərdə bu mənada işlədilir); unumaq (indi müstəqil işlədilmir) feili isə “bildiyini itirmək” kimi şərh edilib. Unutmaq həmin unumaq təsirsiz feilindən -t şəkilçisi (unut) vasitəsilə düzəldilmiş təsirli feildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Məhsul toplandıqdan sonra yerdə qalan xırda-xuruş şeylərə ura deyilir. Uralamaq –“irili-xırdalı bütün bostan məhsullarını toplamaq” deməkdir. Ura sözü, ehtimal ki, biçmək, yığmaq, toplamaq mənasını verən or kəlməsi ilə bağlıdır, biçindən sonra qalanlar deməkdir. Biçilmiş taxılın yerindən çıxan xəsilə (taxıla) xora deyirlər. Güman ki, bu, ura sözünün təhrifidir.
2. Səs anlamında işlədilmiş ur kəlməsi ilə bağlıdır. M.Kaşğarinin “Lüğət”ində “ulşıp erən börləyü, Yirtin yaqa urlayu” cümləsinin müasir anlamı belədir: “Ərlər qurd kimi ulayır, yaxalarını cırır və qışqırırdılar”. Buradakı son söz (urlayu) ura sözü ilə əlaqədardır. Mənbələrdə urla sözü qışqır mənasında açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFeildən əmələ gəlib. “Qədim türk lüğəti” kitabında uv (измельчать), uvşaq (маленький) kəlmələri var. Çağdaş türkmən dilində uşamaq feili (мельчать), uşaq sözü isə мелький mənasında işlədilir. Ufaq formasında da (ufaqdır uşağım...) rast gəlinir. Deməli, söz ovmaq (xırdalamaq) feilinin inkişafı sayəsində uşaq şəklinə gəlib çıxmışdır. Üyütmək feili də həmin sözlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Yuva yerinə bir vaxtlar uya işlətmişik. Uyad sözü utanmaq demək olub. Mənası: “yuvaya çəkil” (gizlən...) deməkdir (Rus dilindəki “скромный” sözü də “рамка” kəlməsi ilə qohumdur). Başqa yozum: söz utanmaq formasında da qeydə alınıb, kökü uy (стыд) ismidir. Həmin isimdən uyluq (eyibli yer, cinsi orqan) sözü də əmələ gəlib (indi işlədilmir). Görünür, uy ismindən uya feili yaranıb, onun da zəminində uyatan (uytan, utan) sözləri meydana çıxıb. Deməli, utanmaq və yuva tarixən qohum sözlərdir, utanan adamların üzünü örtməsi (gizlətməsi) indi də özünü göstərir.
2. Mənbələrdə ud sözü abır-həya kimi açıqlanıb. Deyim də var: Abırlının udu çatladı, abırsızın ödü. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə uymaq (подходить) feili var. Onun zəminində uydur, uyğun kimi sözlər əmələ gəlib. Uy kökü ad-feil omonimdir və ad anlamında “fikir” mənasını əks etdirir. Feil olan uymaq, ondan əmələ gəlmiş uyarlıq, uyğun, uyuşmaq, uydurmaq kəlmələrinin hamısı eyni kökə malikdir. Uyğun - yararlı anlamında işlədilir. Uydurmaq - olmayan şeyi xəyalən “yaratmaq” deməkdir. Uy feili həm də “bağlanmaq” mənasında işlədilir (niyə uydun sara, Ceyran...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti