Mənbələrdə udul, uddur formalarında verilib, tatar dilində ottır şəklində işlədilir. Deməli, söz uddur olub, sonra r səsi z ilə əvəz olunub (ulduz), nəhayət, d səsinin biri ixtisara düşüb. Udmaq “içəri eləmək” deməkdir, uduzmaq isə başqasının “içəri eləməsi”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYaxşı arzumuzu bildirmək üçün “uğur olsun” deyirik. Ehtimal ki, buradakı uğur sözü qutğur kimi olub və qut kəlməsindən əmələ gəlib. “Qutlu olsun” ifadəsi də həmin mənanı verir. Uğur omonim sözdür və onun başqa mənaları da mövcuddur (görüş və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu sözün dəfə, zaman mənaları da var. Qərb dialektlərində “bir dəfə getmişdim” cümləsini “bir uğur getmişdim” kimi də işlədirlər. Oğur forması da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİlgək, ilmə sözlərindəki il və ulaq kəlməsindəki ul tarixi baxımdan eyni sözdür, feildir. Arabanın ön və arxa oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu da yuxarıdakılarla qohumdur. Ul (il) feili “əlaqə yaratmaq”, “bağlamaq” anlamını əks etdirir. Ulaq ismi ul feilindən əmələ gəlib və məntəqələr arasında əlaqə yaradan heyvan (nəqliyyat vasitəsi) demək olub (qədim mənası: sifarişi çatdırmaq üçün “minilən at” demək olub). İndi məna bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiArabanın dal və qabaq oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu, il feili əsasında yaranıb, ilmək, ilgək, ilmə, ilişmək sözlərinin kökü il məhz əlaqə yaratmaq mənası ilə uyğun gəlir. Bəzi türk dillərində xəstəliyin yoluxmasına da ulaşma deyirlər (bizdə də ilişmək sözü bu mənada işlədilir). Ehtimal ki, elə yoluxmaq kəlməsi də ulaşmaq sözünün təhrif edilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki yozumu ola bilər:
1. Qurdun ulaması və itin hürməsi eyni sözdən əmələ gəlib: r-l əvəzlənməsi təbii haldır. Hürmək dönüb olub ülmək, o da ulamaq şəklində sabitləşib.
2. Hürmək və ulamaq tamam başqa-başqa sözlərdir: it həm hürür, həm də ulaya bilir. Mələmək, böyürmək sözləri kimi, ulamaq kəlməsi də çıxarılan səslə bağlıdır, təqlidi sözdür. Məncə, hürmək sözü də “ham-ham” sözünün zəminində əmələ gəlib, ura kəlməsi ilə də bağlı ola bilər. İkinci ehtimal daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İçi iylənmiş qarpız haqqında qərb dialektlərində “içi ulayıb” deyirlər. İylənmək sözünün təhrifindən ibarətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGündüz, ulduz tipli sözlərdəki duz hissəsi “od”, “işıq” mənasını verən söz olub. Gündüz “gün işığı” deməkdir. Ulduz sözü sinonimlər birləşməsidir: ul (alov, ildırım...) və duz (işıq) sözlərindən əmələ gəlib. Ulduz kəlməsi mənbələrdə ruscaya “блеск” kimi tərcümə olunub, parlaqlıqla bağlıdır. İldırım, alov, ulduz kimi sözlərdəki il, al hissəsi eyni kəlmədir, bir qədər dəyişikliyə məruz qalıb. Gündüz sözü də sinonimlər birləşməsidir: Gün (əsli: küy) “od” deməkdir, duz “parıltı”, “işıq” anlamını əks etdirir. Türkmən dilində yıldırmaq feili var və “сверкать” anlamında işlədilir. Deməli, “ulduz”dakı duz hissəsi -dır4 şəkilçisinin dəyişmiş forması ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiV.V.Velyaminov-Zernov yazır ki, “возвышаться” mənasını verən ul feili mövcud olub.-u şəkilçisi ul feilindən ulu sifətini əmələ gətirib. Ehtimal etmək olar ki, ərəb mənşəli hesab etdiyimiz ali sözü də buradandır. Ala qapı birləşməsindəki ala kəlməsinin də mənası böyük deməkdir (yəni ulu sözü ilə qohumdur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEhtimal etmək olar ki, ulus və el sözləri kökdaşdır. Bunların məna və forma yaxınlığı aydınca hiss olunur. Fərq ondan ibarətdir ki, ulus tarixən daha çox “kənd” mənasında işlədilib, el isə “tayfa” mənasında. İndi məna bir qədər dəyişib (eloğlu dedikdə rayon və s. nəzərdə tutulur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti