Reklam
Reklam

Bütün lüğətlər

ultraabissal çöküntülər

lat. ultra – ifrat, həddən artıq + yun. abyssos – dibsiz

Dünya okeanının 6000 metrdən artıq dərinliyində toplanan çöküntülər.

Bunlar üzvi və mineral mənşəli lillərdən ibarətdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ultraabissal zona

lat. ultra – ifrat, həddən artıq + yun. abyssos – dibsiz + yun. zone – qurşaq

Dünya okeanının 6000 metrdən dərin hissəsi.

U.A.Z.-nın dib relyefi, əsasən, uzun novlardan, yarğanlardan ibarətdir. Bu zona üçün çox yüksək atmosfer təzyiqi (200-1100 kq/sm2), suların olduqca zəif hərəkəti, duzluluq (34,7-34,9 promil) və aşağı temperatur (0...+2°C) xarakterikdir. U.Z.-ya günəş işığı düşmür, canlı aləm, əsasən, bakteriyalardan ibarətdir. U.A.Z.-da yaşayan azsaylı onurğasızlar (poliplər, qurdlar) abissal zonada olduğu kimi ya gözsüzdür, ya da gözləri çox iridir, onların bəziləri özlərindən işıq saçır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ultrabənövşəyi radiasiya

lat. ultra – ifrat, həddən artıq + lat. radiatio – şüalanma

Dalğasının uzunluğu 10-400 nm diapazonlu elektromaqnit şüaları.

U.R.-nın əsas mənbəyi Günəşdir. Atmosfer proseslərində, orqanizmlərin həyatında böyük rol oynayır. U.R. bakteriyalara məhvedici təsir göstərir, bitkilərdə isə fermentlərin fəallığını dəyişdirir, insan və heyvanların orqanizmlərində kimyəvi reaksiyaları sürətləndirir.

Coğrafiya terminləri lüğəti

unitar dövlət

fr. unitaire – vahid, birlik təşkiletmə

İnzibati ərazi vahidlərindən ibarət dövlət quruluşu forması.

Federasiyadan fərqli olaraq U.D.-də ümumi qanunlar, bir qanunverici orqan və vahid icra hakimiyyəti sistemi fəaliyyət göstərir. Ölkənin ərazisi ştatlara, muxtar respublikalara deyil, rayonlara, vilayətlərə bölünür. Dünya ölkələrinin əksəriyyəti U.D.-dir. Müstəsna hallarda U.D.-in tərkibində məhdud sayda muxtar qurumlar ola bilər (məs.: Azərbaycanda Naxçıvan Muxtar Respublikası).

Coğrafiya terminləri lüğəti

urbanizasiya

lat. urbanus – şəhər

Cəmiyyətin həyatında şəhərlərin əhəmiyyətinin artması, ictimai-iqtisadi inkişafla əlaqədar əhalinin şəhərlərə axını prosesi.

U. əhalinin sosial-peşə, demoqrafik strukturunu, həyat tərzini, mədəniyyətini, məhsuldar qüvvələrin yerləşdirilməsini, məskunlaşmasını, digər sahələri əhatə edir. Dünya şəhərlərində yaşayan əhalinin sayı XIX əsrin əvvəlinə 29 mln., 1900-cü ildə 224 mln., 1950-ci ildə 706 mln, 1980-ci ildə 1 mlrd. 809 mln. nəfər olub. U.-nın ən bariz göstəricisi sənayeləşmədir. Şəhər əhalisinin sənayenin tempinə, iş yerlərinin sayına uyğun olmayaraq sürətlə artması yalançı U. adlanır. Yalançı U., əsasən, İEOÖ-lər üçün xarakterikdir. Bu tip ölkələrdə iqtisadi çətinliklərlə üzləşən kənd əhalisi kütləvi şəkildə şəhərə köçür və şəhər əhalisinin sayı süni olaraq artır. İEÖ-lər üçünsə suburbanizasiya prosesi xarakterikdir. Suburbanizasiya – şəhər əhalisinin şəhərin daha sakit ətraf hissələrinə köçməsidir.

Coğrafiya terminləri lüğəti

uyğunlaşma

Ətraf mühitin dəyişməsinə müvafiq olaraq orqanizmin (fərd, populyasiya, növ, biosenoz) reaksiyasının və əlamətlərinin yeniləşməsi.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti