Reklam
Reklam

All dictionaries

uca dağ iqlimi

Yüksək dağlıq ərazilərin iqlimi.

U.D.İ. atmosfer təzyiqinin alçaq, havanın temperaturunun aşağı, rütubətliliyin nisbətən yuxarı, günəş radiasiyasının yüksək, ultrabənövşəyi şüaların çox olması və havanın şəffaflığı ilə səciyyələnir. Atmosfer yağıntılarının miqdarı mütləq yüksəklikdən və yamacların quzey-güneyliyindən asılıdır. U.D.İ.-nin olduğu ərazilərdə küləyin sürəti nisbətən böyükdür, burada dağ-dərə və buzlaq-dərə küləkləri üstünlük təşkil edir.

Coğrafiya terminləri lüğəti