1. Bir şeyin başqa bir şeyin üstünü örtən kütləsi və ya hissəsi; qat, lay. □ Buz təbəqəsi. Hava təbəqəsi.
2. Adamların, əhalinin, cəmiyyətin öz ictimai, mədəni və s. əlamətlərinə görə yekcins olan hissəsi. □ Əməkçilərin qabaqcıl təbəqəsi. Yoxsul təbəqə.
Vərəq. □ Katib canının dərdindən .. bərk qorxuya düşdü, bir neçə təbəqə kağız çıxarıb qabağına qoydu. (S.Rəhimov).
Həmçinin bax:
1. Dindarlara görə, xoşbəxtlik, uğur gətirən, xəstələri sağaldan müqəddəs torpaq, su, müqəddəs adamın geyiminin kiçik parçası və s. □ Novruz bayramında təhvil saxlayıb, təhvil suyunun üstündə dava-mərəkə salardılar və ağsaqqal, qarasaqqal o təbərrük suyu qapış-qapış edərdilər. (Ə.Qəmküsar).
2. Məcazi mənada: az tapılan, az ələ düşən hər bir şey. □ Əlikram gətirdiyi iki dənə ortabab Quba almasını qəzetdən açıb təbərrük kimi çıxartdı. (B.Bayramov).
1. Arxaizm. Baltaya bənzəyən qədim silah. □ Orta Asiyanın qədim tayfalarının silahları ox, nizə, qılınc və təbərzindən ibarət imiş.
2. Arxaizm. Keçmişdə dərvişlərin gəzdirdikləri aypara şəklində baltacıq. □ Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş əlində kəşkül və təbərzin oxuya-oxuya gedir. (A.Şaiq).
1. Təbiətşünaslıq. Üzvi və qeyri-üzvi aləm, yerdə insan fəaliyyəti ilə yaradılmamış hər şey. □ Təbiətin qüdrəti; Yaradıbdı cənnəti; Görməyə bu hikməti; Hacıkənddən en gölə; Göy gölə gəl, Göy gölə. (Aşıq mahnısı)
2. Təbiətşünaslıq. Təbiətşünaslıq elminin tədqiqat obyekti.
3. Təbiətşünaslıq. Yerdə təbii şəraitin (yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu. □ Qafqazın təbiəti. Azərbaycanın dağlıq rayonlarının təbiəti.
4. Şəhər və ya başqa yaşayış məntəqəsindən kənar yer və ya yerlər (meşə, dağ, çay və s.). □ Təbiətə yaxınlıq. Təbiətə çıxmaq.
Xasiyyət, xarakter. □ Bu iki adamın .. təbiəti bir-birinə əsla uymurdu. (A.Şaiq)
Həmçinin bax: