1. Bir şeyin ətrafına dolanmaq, sarılmaq. □ Eləmi tikan gülə; Sarmaşıb tikan gülə; Fələk də göz dikibmiş; Məngözüm dikən gülə. (Bayatı).
2. Qucaqlaşmaq, bir-birinə sarılmaq. □ Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. (M.Rzaquluzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Səfeh, gic, axmaq, abdal. □ Sarsaq köpək qaysavadan pay umar. (Atalar sözü).
2. Mənasız, boş, ağılsız (söz, hərəkət, iş və s.). □ Ondan sarsaq iş baş verməz. (Ə.Haqverdiyev).
3. Zərf kimi: mənasız, boş, ağılsız danışmaq. □ Sarsaq danışmaq.
4. İsim kimi: bəzən söyüş kimi işlənir. □ Sarsağın qızı, məni kim öldürəcək?! (Ə.Haqverdiyev).