1. Narıncı rənglə yaşıl arasında olan (rəng), limon rəngi, qızıl rəngi. □ Kiçik süfrənin qırağında qoyulmuş sarı samovar buğlana-buğlana zümzümə edirdi. (S.Qədirzadə)
2. Bu rəngdə olan. □ Sarı çit. Sarı parça. Sarı saç. Sarı kəhrəba.
3. İsim kimi: bu rəngdə olan. □ Sarıları ağlardan ayırmaq.
4. Müxtəlif mürəkkəb sözlərin və ya terminlərin birinci tərkib hissəsi. □ Sarı zanbaq. Sarı qızılgül. Sarı acıotu. Sarı bıtraq.
5.İsim kimi: qızıl mənasında. □ Təmiz vicdanı heç bir sarı ləkələyə bilməz! (S.Rəhimov)
1. Tərəf, səmt. □ Qapıya sarı getmək. Evə sarı gəlmək. Üzünü pəncərəyə sarı çevirmək.
2. Ötrü, üçün (bəzən “ki” bağlayıcısı ilə). □ Ondan sarı ki, heçnən adam boğazlayırlar. (Mir Cəlal)
3. Sarıdan şəklində – tərəfindən, cəhətindən. □ Anam sarıdan nigaranam.
Həmçinin bax:
Botanika. Açıq və ya tünd-sarı, yaxud mixəyi rəngli gülləri olançoxillik bitki; şəbgülü. □ Sarıbənövşə və ya şəbgülü .. açıq-sarı, tünd-sarı, mixəyi, tünd-mixəyirəngli və kəskin xoş iyli çoxillik bitkidir, bağlarda və güllüklərdə becərilir. (M.Qasımov).
Azərbaycan dilinin izahlı lüğəti