1. İynənin gözünə sap keçirmək. □ İynəni saplamaq.
2. Əl yeri qayırmaq, sap taxmaq. □ Baltanı saplamaq. Çəkici saplamaq.
3. Ucu şiş, iti aləti sapına (dəstəsinə) qədər soxmaq, keçirmək. □ ...qoynunda saxladığı ufaq xəncəri xaqanın köksünə saplar. (H.Cavid).
Həmçinin bax:
1. Dəstəsinə qədər batmaq, girmək, keçmək, soxulmaq. □ Onu hey andıqca hər axşam, səhər; Qəlbimin başına saplanır xəncər. (A.Şaiq).
2. Məcazi mənada: batmaq, sancılmaq. □ Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzından uçub qəlbimə saplanır. (H.Cavid).
3. Məcazi mənada: dikilib qalmaq (göz, baxış haqqında). □ Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç birsöz demədi. (C.Cabbarlı).