1. Xəstəlikdən qurtarıb ayağa durmaq, yaxşılaşmaq, şəfa tapmaq, sağlamlığını qaytarmaq. □ O gündən ziyarət başlandı. Naxoş gəldi, sağaldı, getdi. Çolaq gəldi,ayaqlı getdi. (Ə.Haqverdiyev).
2. Keçib-getmək, bitişmək, əvvəlki halını almaq. □ Çibanı sağalmaq. Yarası sağalmaq.
1. Qaval, ələk, xəlbir və bu kimi dəyirmi şeylərə keçirilən çənbər;qasnaq. □ Dəf sağanağı. Xəlbir sağanağı. Təkər sağanağı.
2. Ümumiyyətlə, çənbər şəklində olan hər cür şey. □ Zülfüqar katibin yanından əl çəkmir, şüşəsiz sağanaqdan gözünü bərəldirdi. (B.Bayramov).