Reklam
Reklam

Bütün lüğətlər

reperaund [reperaunt] isim ingilis

Jurnalistika. İnter­küy­dən ifa­də vasitəsi kimi istifadə olun­­­ması.

Azərbaycan dilinin izahlı lüğəti

resipiyent [resipyent] isim latın

Jurnalistika. Müxtəlif kanallarla ötürülən informasiyanı qəbul edən subyekt – istifadəçi, oxucu, din­ləyici, tamaşaçı, abonent.

Azərbaycan dilinin izahlı lüğəti

retranslyasiya [retranslyasiya] isim latın

Jurnalistika. Teleradio ­ya­yımçısının ötürdüyü proqramların (v­e­rilişlərin) tamamilə, yaxud əsasən də­yişdirilmədən qəbulu və eyni vaxtda ye­­nidən yayımlanması.

Azərbaycan dilinin izahlı lüğəti

retranslyator [retranslyator] isim latın

Jurnalistika. Teleradio ya­yım­çısının ötürdüyü proqramların (ve­ri­­lişlərin) qə­bu­lu və eyni vaxtda yenidən ya­yım­­­lan­ma­sı­nı təmin edən avadanlıq.

Azərbaycan dilinin izahlı lüğəti

resenziya [resenziya] isim latın

Jurnalistika. Yeni əsərin, tamaşanın, məqalə, yaxud ­ve­rilişin təhlili və qiymətləndirilməsi; ­jur­nalistikanın, elmi və ədəbi tənqidin ­janr­larından biri.

Azərbaycan dilinin izahlı lüğəti

reverberasiya [reverberasiya] isim latın 

Jurnalistika. Mənbə susduqdan sonra səsin təkrar-təkrar əks olunaraq tədricən zəif­ləməsi prosesi.

Azərbaycan dilinin izahlı lüğəti

reverberator [reverberator] isim latın

Jurnalistika. Elektrik vasitəsilə, elektro­akustik me­todlarla süni reverberasiya yaradılması üçün qurğu.

Azərbaycan dilinin izahlı lüğəti

rəqəmsal [rəqəmsal] sifət

1. Jurnalistika. Rəqəmli simvolların ardı­cıl­lığından ibarət, tərkib hissələrinə bölünə bilən informasiya, habelə özündə belə informasiya daşıyan siqnal.

2. Jurnalistika. Rəqəmli simvolların ar­dı­cıllığın­dan ibarət və tərkib hissələrinə bö­lünə bilən siqnallarla işləyən texnologiya, texnika ­­və s.

Azərbaycan dilinin izahlı lüğəti