1. Caiz, layiq, münasib. □ Özünə rəva bilmədiyini, özgəyə də rəva bilmə. (Atalar sözü).
2. Rəvadırmı və ya rəvamıdır şəklində – məsləhətdirmi, layiqdirmi, caizdirmi. □ ..Rəvamıdır Qərib burda gözləyə. (“Aşıq Qərib”).
Həmçinin bax:
1. Axıcı, səlis, aydın, asan oxunula və başa düşünülə bilən tərzdə. □ Rəvan yazı. Əsərin dili rəvandır. Roman rəvan oxunur.
2. Arxaizm. İsim kimi: həyat.
3. Arxaizm. Diri.
Sərvün ki, rəvan oldu, rəvana verərmi,
Ləlüni bu dünya dolu cana verərmi. (Q.Bürhanəddin)
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şey haqqında fikir, mülahizə, söz. □ Bu barədə rəyin nədir?
2. Bir əsər, tamaşa, konsert, kinofilm və s.-nin təhlil və tənqidini ehtiva edən məqalə, yazı; resenziya. □ Əsər haqqında rəy yazmaq. Rəsmi opponentlərin rəyi.
3. Fikir, mülahizə. □ Xanın rəyi Vaqif vasitəsilə Kazım kişiyə bildirildi. (Y.V.Çəmənzəminli).
4. Rəyimcə, rəyincə şəklində – məncə, səncə, mənə görə, sənə görə, ona görə. □ Rəyimcə pis roman deyil.
5. Rəyimcə, rəyincə şəklində – mən (sən, o) istəyən kimi, mənim arzumca; sənin arzunca, onun arzusuna görə. □ Bu nə keyfiyyətdir, bu nə macəra; Rəyimcə dolanmaz təqdiri-qəza. (Q.Zakir).
Həmçinin bax:
1. Rəislik, başçılıq, rəhbərlik. □ Vəliəhdin rəyasəti altında çağırılan hərbi müşavirə gecə saat 12-də qurtardı. (M.S.Ordubadi).
2. Bəzi idarə və təşkilatların seçilən rəhbər orqanı. □ Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti.
3. Həmin orqana daxil olan adamlar. □ Rəyasət heyətinin təklifi.
Azərbaycan dilinin izahlı lüğəti