1. Gözəl (qız, qadın).
2. İsim kimi: gözəl (qız, qadın). □ Kim bilir, yollarında, ey rəna! Nə qədər, uf, boyun bükənlər var. (A.Şaiq).
3. Gözəl, lətafətli, qəşəng. □ Bu haman rəna qəzəldir ki, Nəvai söyləmiş. (Qövsi Təbrizi).
4. İsim kimi: gözəl, lətafətli, qəşəng. □ Kəlağayı gülgəz, libası əlvan; Bir güli-rənadır mənim sevdiyim. (M.P.Vaqif).
Azərbaycan dilinin izahlı lüğəti1. Klassik ədəbiyyatda əziyyət, zəhmət mənalarında işlənmişdir. □ Ah, bizlər çocuq ikən nə qədər; Vermişik valideynə rəncü kədər! (M.Ə.Sabir).
2. Klassik ədəbiyyatda zəhmət, əmək mənalarında işlənmişdir. □ Bu əlin rənci, o ələ haramdır. (Atalar sözü).
Azərbaycan dilinin izahlı lüğəti1. Taxıl əkib-becərməklə məşğul olan kəndli; əkinçi, taxılçı. □ İş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin, ilahi?! (M.Ə.Sabir)
2. Zəhmətkeş, əməkçi kəndli. □ ..Bəylərin, xanların yerləri hamısı əllərindən alınıb camaata, rəncbərlərə verilir. (Ə.Haqverdiyev)
Azərbaycan dilinin izahlı lüğəti1. Rəncbərin işi, peşəsi; əkinçilik, taxılçılıq. □ Kəndlilər rəncbərlik, maldarlıq və bağbançılıqla yarıac həyat sürərdilər.
2. Zəhmətkeşlik, əməkçi kəndli. □ Atamız .. atasına, özümüz özünə rəncbərlik eləyib, bəhrə vermişik. (Ə.Vəliyev).
Azərbaycan dilinin izahlı lüğəti1. İncik, incimiş, küskün, küsmüş. □ Belə şübhəli və bir az da rəncidəxatir xan durub darvazadan çıxdı. (Y.V.Çəmənzəminli).
2. Zərf kimi: incik, incimiş, küskün, küsmüş. □ ..Hacı, deyəsən, məndən rəncidəxatir oldun. (Ə.Haqverdiyev).
Azərbaycan dilinin izahlı lüğəti