1. Qana batmış, qana bulaşmış. □ Qanlı paltar. Qanlı silah.
2. Qanla dolu, qanla qarışıq, içində qan olan. □ Qanlı irin. Qanlı yara.
3. Çoxlu qurbanlara, çoxlu adam qırılmasına, çoxlu qan axıdılmasına səbəb olan. □ Qanlı toqquşma. Qanlı vuruşma.
4. Məcazi mənada: öldürücü, canalıcı. □ Könül dost kuyinə etdikcə güzər; Qanlı qəmzəsinə etməzmi həzər? (M.V.Vidadi).
5. Öz vəhşilikləri ilə, adam öldürməklə özünü ləkələmiş, vəhşi, yırtıcı. □ Faşizmin qanlı cəlladları.
6. İsim kimi: qatil. □ Qanlıdan qada əskik olmaz. (Atalar sözü).
7. Düşmən, qan düşməni. □ ..Hər bir halda qanlı qanlıdan əl çəkməz. (C.Cabbarlı).
8. Çox bişməmiş, çiyhal, alabişmiş. □ İgid canlı, kabab qanlı. (Məsəl).
9. Məcazi mənada: qeyrətçəkən, təəssübçəkən; öz xalqının və vətəninin təəssübünü, qeyrətini çəkən. □ O, çox qanlı adamdır.
10. Zərf kimi: qanlı-qanlı - düşməncəsinə, qeyzlə, acıqlı-acıqlı. □ Usta yenə arabir Tahirə qanlı- qanlı baxır.. (M.Hüseyn).
1. Anlamaq, başa düşmək. □ Əmi, qanmıram ki, siz necə Parij əhlinin adət və xəvasından xəbərdarsınız? (M.F.Axundzadə).
2. Zərf kimi: qana-qana: bilə-bilə,qəsdən. □ Sözü qana-qana dur; Çəkin, yana-yana dur; Daha məni görməzsən; Sızla, yana-yana dur! (Bayatı).
Həmçinin bax: