1. Fəlsəfə. Bizdən kənarda və şüurumuzdan asılı olmayaraq mövcud olan xarici aləm, maddi varlıq.
2. Hər hansı bir şəxsin fəaliyyətinin, diqqətinin və s. yönəldildiyi hadisə, şey; hədəf, mövzu, bəhs. □ Tədqiqat obyekti. Müşahidə obyekti.
3. Müəssisə, tikinti, yaxud bir şeyin təsərrüfat və ya müdafiə əhəmiyyəti olan ayrıca vahidi. □ Müdafiə obyekti. Tikinti obyekti.
Həmçinin bax:
1. Bir şeyin şüurdan asılı olmayaraq müstəqil bir obyekt kimi mövcud olması. □ Xarici aləmin obyektivliyi.
2. Qərəzsizlik; bir şeyə qiymət verərkən bitərəflik göstərmə. □ Mühakimənin obyektivliyi.
Həmçinin bax:
1. Xörək bişirmək, su, yaxud evi qızdırmaq üçün bir tərəfi açıq, üç tərəfi daşdan, kərpicdən hörülmüş kiçik tikili; ümumiyyətlə, od yandırmaq üçün yer. □ Ocağa odun qoymaq. Ocaqda xörək bişirmək.
2. Sobanın və ya buxar qazanının yanacaq yandırılan yeri, hissəsi. □ Parovozun ocağı. Acın evində nə od olar, nə ocaq. (Atalar sözü)
3. Kirəc yandırılan yer.
4. İlahiyyat. Pir, müqəddəs yer, ziyarətgah. □ Ərəblər əvvəlləri heç olmazsa böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. (C.Cabbarlı)
5. Məcazi mənada: doğma ev, ev-eşik, yurd.
Göz üstündə qaş ağlar,
Bərk ağlar, yavaş ağlar,
Bir evdə sonsuz ölsə,
Ocaq yanar, daş ağlar. (Bayatı)
6. Məcazi mənada: bir şeyin olduğu, törədiyi, yayıldığı yer; mərkəz; mənbə. □ Maarif ocağı. Elm ocağı.
Həmçinin bax:
1. Müəllifin bilavasitə gördüyü, şahidi olduğu real faktlardan, hadisələrdən, adamlardan bəhs olunan kiçik ədəbi əsər. □ Hərbi oçerk. Qəzetdə maraqlı oçerk var.
2. Bir-biri ilə əlaqəli məsələlərə həsr olunmuş xüsusi elmi əsərin adı (əsasən cəmdə işlədilir). □ “Ümumdünya tarixinə dair oçerklər”. “Azərbaycan ədəbiyyatı oçerkləri”.
1. Yanan bir şeydən çıxan qazlar; atəş. □ Odu söndürmək. Odda yanmaq. Odda qızdırmaq. Kömür odu. Biri od olanda, biri də su olar. (Atalar sözü).
2. Məcazi mənada: obrazlı təşbehlərdə şiddətli hissiyyatın, ehtirasın, coşqunluğun, ruh yüksəkliyinin rəmzi kimi işlənir. □ Qəlbi od dənizi, gözüdür Bakı; Doğma Vətənimin gözüdür Bakı. (B.Vahabzadə).
3. Çox bərk isti. □ Göydən sanki od yağır.
4. Məcazi mənada: qızartı, qırmızılıq; hərarət. □ Kişi od olanda, arvad su olmalıdır. (Atalar sözü).
5. Məcazi mənada: nadinc, yıxıb-dağıdan, daim hərəkətdə olan uşaq haqqında. □ Uşaq deyil, od parçasıdır.
6. Məcazi mənada: ev, ailə, ocaq. □ Bu kənd üç yüz oddan ibarətdir.
Həmçinin bax: