Reklam
Reklam

Bütün lüğətlər

oroqrafiya [oraqrafiya] isim yunan

Coğrafiya. Fiziki coğrafiyanın Yer səthinin relyefini öyrənən şöbəsi.

Azərbaycan dilinin izahlı lüğəti

orta [orta] sifət

1. Ortada olan, bir şeyin kənarlarından, uclarından eyni məsafədə aralı olan; iki nöqtə (xətt, şey və s.) arasında olan. □ Evin orta pəncərəsi. Orta otaq.
2. Böyüklə kiçik, yüksəklə alçaq, ağırla yüngül və s. arasında olan. □ Orta və ağır tank. Orta və xırda burjuaziya.
3. Təcrübəsi az olan; miyanə, babat. □ Orta dərzi.
4. Bir neçə kəmiyyətin onların sayına bölünməsindən alınan; adi, nəzərdə tutulan hadisə və s. üçün tipik olan. □ Orta illik temperatur. Orta əmək haqqı. Orta sürət.
5. Keyfiyyətcə nə yaxşı, nə də pis olan; babat, miyanə. □ Orta keyfiyyətli mal.
6. Üçdən ikincisi. □ Orta qardaş (bacı).
7. İsim kimi: bir şeyin kənarlarından, uclarından az-çox bərabər dərəcədə aralı olan yer; bir şeyin mərkəzi. □ Kəndin ortası.
8. İsim kimi: çay, yol və s.-nin hər iki tərəfindən az-çox bərabər məsafədə olan yer. □ Çayın ortasına gedəndə su süpürlədi. (Ə.Vəliyev).
9. İsim kimi: bir şeyin başlanğıcından, ya sonundan eyni dərəcədə uzaq olan vaxt, zaman. □ Yayın ortası. Ayın ortası. Günün ortasında.
10. İsim kimi: tələbələrin biliyinə verilən “pis” qiymətlə “yaxşı” qiymət arasındakı qiymət, kafi – “3”. □ Tarixdən “orta” almaq. “Orta” qiymət.
11. İsim kimi: İki şey arasında olan boş yer; boşluq, ara, aralıq. □ Ülkər də seyr edib öz anasını; Ortada quş kimi qol-qanad açır. (S.Vurğun).

Həmçinin bax:

jurnalistika: orta dalğalar jurnalistika: orta plan frazeologizm: ortada yeyib qıraqda gəzmək frazeologizm: ortadan götürmək (qaldırmaq) frazeologizm: ortası ortasından keçmək frazeologizm: ortaya düşmək frazeologizm: ortaya qoymaq frazeologizm: ölüsü ortada qalmaq frazeologizm: özünü ortaya salmaq (atmaq) frazeologizm: yolun ortasında qoymaq coğrafiya: əhalinin orta sıxlığı coğrafiya: orta okean dağ silsilələri coğrafiya: orta temperatur Azərbaycan dilinin izahlı lüğəti