Bax: nifrətləndirmək.
Bax: nifrətlənmək.
Nifrət etmək, zəhləsi getmək, acığı gəlmək, qətiyyən xoşlamamaq. □ ...Mən qızların bu adi və ani sevişindən olduqca nifrətlənirdim. (M.S.Ordubadi).
Nifrət doğuran, mənfur, iyrənc.
Lənət, bəddua, qarğış. □ Heç hara qaçmaz, arxayın ol və o pulları salamat yeyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. (N.Vəzirov).
Klassik ədəbiyyatda baxış, baxma, nəzər mənalarında işlənmişdir. □ Həsrətli nigah. Şəfqətli nigah.
Klassik ədəbiyyatda gözətçi, keşikçi, qarovul mənalarında işlənmişdir. □ Qeyrətü şənimi hifzində nigahban edərəm; Bir gün öz canımı hətta sənə qurban edərəm. (M.Ə.Sabir).
Əsil mənası “rəsm”, “şəkil”, “surət” olub, şeirdə məcazi olaraq “gözəl”, “məhbubə” mənasında işlənir. □ Bir yay aldım çıxmaq üçün şikarə; Tuş gəldim bir ahugözlü nigarə. (M.Müşfiq).
1. Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat. □ Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. (Ü.Hacıbəyli). 2. Zərf kimi: təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat.
Nigaran hal, narahat vəziyyət, narahatçılıq. □ Nigarançılıq çəkmək. Nigarançılıq keçirmək.
Bax: nigarançılıq.
Klassik ədəbiyyatda gizli, məxfi, örtülü; gizli saxlanmış mənalarında işlənmişdir. □ Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? (C.Cabbarlı).
Arxaizm. Nəsil, nəsəb, soy. □ Nijadın sual eylədi pəhləvan. (M.Ə.Sabir).
Kəbin, izdivac, evlənmənin qanuni şəklə salınması. □ ...Bu nikah hər babətdən dayımın nəslinə xoş iqbal bəxş edəcəkdir. (C.Məmmədquluzadə)
Bax: nikahlanmaq.