İqtisadiyyat. Xalq təsərrüfatının adamların və yüklərin daşınması ilə əlaqədar olan sahəsi, habelə bu və ya başqa daşıma vasitələrinin hər hansı bir növü. □ Avtomobil nəqliyyatı. Dəmiryol nəqliyyatı.
Həmçinin bax:
1. Bir şeyin (yer, tikinti, qurğu və s.-nin), tənasübləri saxlanılmaqla müəyyən masştabda kağız və s. üzərində göstərilən cizgisi. □ İndi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim otağı hazırlamağa başladım. (S.Hüseyn).
2. Nəzərdə tutulan, təxmin edilən şey; fikir, niyyət, təxmin, fərziyyə. □ Nagəhani qərarla pozur bütün nəqşəni; Bir hərəkətlə yarır rəqibinin səddini. (R.Rza).
1. Yaşlıq, islaqlıq, rütubət. □ Nəm çəkmək. Nəmini almaq.
2. Sifət kimi: azca yaş, islaq, rütubətli. □ Nəm torpaq. Nəm divar. Nəm paltar.
3. Məcazi mənada: “yaş (göz yaşı)”. □ Göz neçin ağlayıb tökməsin nəmi; Heyvan ha deyil ki, çəkməyə qəmi. (M.V.Vidadi).
Həmçinin bax:
1. Yaxşılığı itirən, nankor, duz-çörək itirən (çox vaxt söyüş mənasında). □ Nəməkbəharam adam.
2. İsim kimi: yaxşılığı itirən, nankor, duz-çörək itirən adam (çox vaxt söyüş mənasında). □ Ay nəməkbəharam, mən sənin kimi bir kasıb qızını...özümə arvad etdim. (S.S.Axundov).