Tibb. Psixologiyanın konkret şəraitdə insanın mərkəzi sinir sisteminin funksionallığını öyrənən sahəsi.
Qeyd: neyro… Beyin hüceyrələri və mərkəzi sinir sisteminə aid terminoloji mürəkkəb sözlərin birinci hissəsi. Məsələn: neyroanatomiya, neyrofiziologiya, neyrocərrahiyyə və s.
Azərbaycan dilinin izahlı lüğəti1. Bu və ya digər əşyanı, vəziyyəti, halı, hadisəni müəyyənləşdirmək üçün sual məqamında işlədilir. □ Nə dedin? Nə olub? Bu nə evdir?
2. Təsdiq bildirən feillərə inkarlıq mənası verir. □ Səndən yaxşılıqdan başqa nə görmüşəm? (İ.Əfəndiyev).
3. Cəm şəkilçisi ilə “hər şey”, “hər nə istəsən” mənasında. □ Bu yoldan gələr, keçər; Ahular mələr, keçər; Oğulsuz anaların; Qəlbindən nələr keçər. (Bayatı).
4. Şəxs əvəzliklərindən sonra gələrək onlara inkarlıq mənası verir. □ Ona nə. Sənə nə.
5. Çıxışlıq halında “niyə”, “nə üçün”, “nə səbəbə”, “niyə görə”, “nədən” suallarını əvəz edir. □ Əzizim, qandı ürək; Yar sözün dandı ürək; Şirin şərbət içirtdin; Nədən bəs yandı ürək? (Bayatı).
6. “İsə” qoşması ilə qeyri-müəyyənlik bildirir. □ Təcrübəli Fərhadoğlu vurnuxur, nə isə qəti bir qərara gələ bilmirdi. (S.Rəhimov).
7. “Var” sözü ilə “heç nə”, “heç zad” mənası verir. □ Meyvəsiz bağda nə var? Bəhrəsiz tağda nə var? Məcnun xəyallı könlüm; Leylisiz dağda nə var? (Bayatı).
8. Xəbər şəkilçisi ilə “nədir?” formasında sual kimi işlənir. □ ...Bu nədir? Məndən başqa burada adammı var?... (A.Şaiq).
Danışan şəxsin bir şeydən məmnunluğunu, o şeyin ürəyindən olduğunu bildirir. □ Nə ürəyimdən dedin? Nə yaxşı əsərdir?
Sadə cümlələrdə həmcins üzvləri, mürəkkəb cümlələrdə isə onun tərkibinə daxil olan cümlələri bir-birinə bağlayır (əsasən təkrar edilərək işlədilir, və, də, də ki bağlayıcılarından biri artırılır). □ Nə bir işıq görünür, nə də bir həyat səsi eşidilirdi. (C.Cabbarlı).
Həmçinin bax: