Reklam
Reklam

Bütün lüğətlər

noktürn [nak'türn] isim fr. nocturne – gecə musiqisi

Musiqi. Əsasən, fortepianoda, gecə vaxtı açıq havada ifa olunan kiçikhəcmli lirik, melanxolik musiqi əsəri. □ Şopenin noktürnləri.

Azərbaycan dilinin izahlı lüğəti

nomenklatura [namenk'latura] isim latın

1. Hər hansı elm, təhsil və sənət sahəsində işlənən əsas termin və anlayışların məcmusu, siyahısı. □ Peşə nomenklaturası.

2. Kadrların aşağıdan yuxarıyadək təyini; yuxarı instansiyalarda təsdiq olunan vəzifələrin siyahısı. □ Nomenklaturaya düşmək.

Həmçinin bax:

coğrafiya: coğrafi nomenklatura Azərbaycan dilinin izahlı lüğəti

nominal [naminal] sifət fr. nominal < lat. nominalis – adlı

1. İqtisadiyyat. Qiymətli kağızların, kağız və dəmir pulların, banknotların optimal dəyəri; malın üstündə və ya preyskurantda göstərilən qiymət. □ Nominal dəyər.

2. Adı olub özü olmayan, heç bir fəaliyyət göstərməyən. □ Nominal xarakter daşımaq.

Azərbaycan dilinin izahlı lüğəti

nominasiya [naminasiya] isim lat. nominatio – adlandırma

1. Dilçilik. Ad, adlandırma. □ Nominasiya nəzəriyyəsi.

2. Festival və müsabiqələrdə fəxri adların və mükafatların verilməsi üçün təyin olunmuş fəaliyyət növləri və sahələrin adları; məs.: ədəbiyyat müsabiqəsində şeir və ya hekayə nominasiyası. □ Kitab müsabiqəsində dizayn nominasiyası üzrə mükafat.

Azərbaycan dilinin izahlı lüğəti

nonsens [nonsens] sifət ing. nonsense < lat. non – yox + sensus – məna, ağıl

Mənasız, ağlabatmaz fikir, cəfəngiyyat. □ Nonsens vəziyyəti.

Azərbaycan dilinin izahlı lüğəti

norma [norma] isim lat. normahərf. günyə, xətkeş, bənd; məc. qanun

1. Qanunla müəyyənləşdirilmiş, hamının qəbul etdiyi və məcburi sayılan qayda, nizam, nümunə. □ Hüquqi norma.

2. Müəyyən edilmiş ölçü, miqdar, orta kəmiyyət. □ İstehsal norması.

Həmçinin bax:

jurnalistika: əxlaq normaları jurnalistika: qrammatik norma jurnalistika: leksik norma jurnalistika: nitq normaları jurnalistika: orfoepiya normaları jurnalistika: orfoqrafiya normaları jurnalistika: texniki norma coğrafiya: ekofil norma Azərbaycan dilinin izahlı lüğəti

nostalji [nastalji] sifət yun. nostos – evə dönüş + algos – iztirab, ağrı

Keçmiş günlər, xoş anlar, vətən və s. ilə bağlı həsrət, xiffət. □ Nostalji hisləri.

Azərbaycan dilinin izahlı lüğəti

not [not] isim lat. nota – işarə

1. Musiqi. Musiqi səslərini, tonlarını göstərən şərti qrafik işarə, eləcə də həmin səsin özü. □ Si notu.

2. Musiqi. Musiqi əsərinin şərti qrafik işarələrlə yazılmış mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. □ Not dəftəri.

3. Məcazi mənada: hansısa mətləbə işarə vurulması, hansısa məqamın xüsusi qabardılması. □ Etiraz notu.

Azərbaycan dilinin izahlı lüğəti

nota [nota] isim lat. nota – işarə, qeyd

Diplomatik müraciət forması; bir ölkənin hökumətinin digərinə yazılı şəkildə rəsmi müraciəti. □ Nota, əsasən, nəyəsə etirazla bağlı olur.

Azərbaycan dilinin izahlı lüğəti

notabene [notabene] isim lat. nota bene – diqqət yetir

Mətni oxuyarkən diqqəti nəyə isə yönəltmək üçün səhifənin kənarında qoyulan xüsusi işarə (NB). □ Notabene işarəsi.

Azərbaycan dilinin izahlı lüğəti

notasiya [natasiya] isim lat. notatio – qeyd etmə, irad bildirmə

1. Öyüd, nəsihət. □ Notasiya oxumaq.

2. Hansısa bir elm, istehsal və s. sahəsində qəbul edilmiş şərti yazılı işarələr sistemi; məs.: şahmat növü və s.

Azərbaycan dilinin izahlı lüğəti

notbuk [notbuk'] isim ing. notebook < note – qeyd + book – kitab

Həcmcə adi kompüterdən kiçik, maye-kristal displeyli, klaviaturalı, asanlıqla daşına bilən portativ mini-kompüter. □ Notbukda işləmək.

Azərbaycan dilinin izahlı lüğəti

nou-hau [nou-hau] isim ing. know-how < know – bilmək + how – necə

İqtisadiyyat. İstehsalın təşkilində istifadə edilə bilən yeni üsul və texnologiyalar, kommersiya xarakterli ixtira, elmi-texniki nailiyyət. □ Nou-hau ilə tanışlıq.

Azərbaycan dilinin izahlı lüğəti

novator [novator] sifət lat. novator – yeniləşdirən

Müəyyən fəaliyyət sahəsində yeni ideya, forma və üsullar irəli sürən və gerçəkləşdirən (şəxs). □ Novator sənətkar.

Azərbaycan dilinin izahlı lüğəti