Bax: mal-dövlət.
Heyvanı olmayan, ev heyvanı saxlamayan. □ Malsız həyət.
Varı-dövləti olmayan; yoxsul, kasıb. □ Malsız adam.
İngilis burjua iqtisadçısı Maltusun, kapitalizm şəraitində zəhmətkeşlərin ağır vəziyyətini ictimai səbəblərlə deyil, əhalinin son dərəcə sürətli artımı ilə izah edən mürtəce nəzəriyyəsi.
Səməni şəkəri, təbii disaxaridlərdən biri.
Növbəli titrətmə-qızdırması olan yoluxucu xəstəlik; titrətmə-qızdırma. □ Malyariyaya tutulmaq. Malyariya ilə mübarizə.
Malyariya xəstəliyinə tutulmuş; titrətmə-qızdırmalı.
Öz zəruri ehtiyaclarına belə pul xərcləməyən, imkanı, varı-dövləti olduğu halda korluqla yaşayan xəsis adam. □ Malyeməzin malını yeyərlər. (Atalar sözü).
Doğuş zamanı kömək göstərməklə məşğul olan (keçmişdə təhsilsiz, indi isə xüsusi təhsil görmüş) qadın. □ Mama çox olanda, uşaq tərs gələr. (Atalar sözü).
1. Övlad üçün atanın bacısı. 2. Ana. □ Maması: – Əliş, burada niyə mürgüləyirsən? (Ə.Vəliyev).
Xüsusi təhsili olmayan mama, ara həkimi. □ Yüz mamaça yığılsa da, güc doğana düşər. (Atalar sözü).
Mamaçanın sənəti, peşəsi, işi.
Mamanın işi, peşəsi. □ Nənəcan mamalıq edib qızını saxlardı. (N.Nərimanov).
Ali sporlu bitkilərdən ibtidai quruluşa malik bitki. □ Həyətin hündür hasarları rütubətdən mamırla örtülmüşdü. (H.Seyidbəyli).
Bax: mamırlanmaq.
Mamırla örtülmək, üzərində mamır bitmək. □ Qaya mamırlanmışdı.
1. Mamırla örtülmüş, üstünü mamır basmış. □ Dolaşdım Gürcüstanın; Mamırlı dağlarında. (Ə.Cavad). 2. Məcazi mənada: tük basmış, qıllanmış. □ Mehmanın axırıncı nəzəri mamırlı adamla toqquşdu. (S.Rəhimov).