Reklam
Reklam

Bütün lüğətlər

lobbiçilik [lobbiçilix'] isim latın

Jurnalistika. Dövlət orqanlarının qərarlarına təsir göstərmək yo­lu ilə cəmiyyətin müəyyən dairələrinin ma­raqlarını müdafiə edən, yaxud bir ölkə­nin başqa ölkədə maraqlarını təmin et­mə­yə, müsbət imicini yaratmağa çalışan təş­ki­lat­ların, qrup və şəxslərin fəaliyyəti.

Azərbaycan dilinin izahlı lüğəti

loqin [loqin] isim ingilis

Jurnalistika. Kompüter sisteminə daxil olmaq üçün hərf­lər və rəqəmlərdən ibarət fərdi qeydiyyat yazısı.

Azərbaycan dilinin izahlı lüğəti

litoral [litaral] isim latın

Coğrafiya. Dünya okeanının dibinin çəkilmə zamanı ən aşağı, qabarma zamanı ən yuxarı su səviyyələri arasında qalan hissəsi.

Azərbaycan dilinin izahlı lüğəti

limnologiya [limnalogiya] isim yunan

Coğrafiya. Qurunun hidrologiyası elminin gölləri, su anbarlarını, bataqlıqları öyrənən bölməsi.

Azərbaycan dilinin izahlı lüğəti

lakkolit [lak'olit] isim yunan

Coğrafiya. Yer səthinə çatmadan dağ süxurlarının qatlarında donub-qalmış maqmanın yaratdığı müsbət relyef forması.

Azərbaycan dilinin izahlı lüğəti

laqun [laqun] isim latın

1. Coğrafiya. Dənizdə, okeanda adaların, mərcan riflərinin əhatə etdiyi su hövzəsi.

2. Coğrafiya. Dənizdən, okeandan, böyük göldən qum, yaxud qayalıqlardan ibarət nazik sahil xətti ilə ayrılmış kiçik su hövzəsi.

Azərbaycan dilinin izahlı lüğəti

lənd [lənd] isim alman

1. Coğrafiya. Təbii və ya siyasi sərhədlər daxilində sahə.

2. Coğrafiya. Rütubətli dəniz iqlimində qum təpələri, bataqlıq və kolluqlardan ibarət sahil zolağı.

Azərbaycan dilinin izahlı lüğəti

landşaftşünaslıq [landşaftşünasdıx] isim

Coğrafiya. Fiziki coğrafiyanın təbii-ərazi komplekslərini öyrənən sahəsi.

Azərbaycan dilinin izahlı lüğəti

lapilla [lapilla] isim italyan

Geologiya. Vulkan püskürməsi zamanı yüksək təzyiq altında kraterdən havaya atılan kiçik lava parçaları.

Azərbaycan dilinin izahlı lüğəti

Lavrasiya [lavrasiya] isim

Coğrafiya. Geoloji keçmişdə Yerin Şimal yarımkürəsində böyük quru sahəsi.

Azərbaycan dilinin izahlı lüğəti

legenda [legenda] isim latın

Coğrafiya. Xəritənin məzmununu açan şərti işarələrin və onlara aid izahatların toplusu.

Azərbaycan dilinin izahlı lüğəti

litobiosfer [litobiyasfer] isim yunan

1. Bax: geobiosfer.

2. Coğrafiya. Biologiya. Litosferin üst qatlarında (adətən, 8-10 km dərinlikdə) yerləşən, canlı orqanizmlərin yayıldığı biosfer sahəsi.

Azərbaycan dilinin izahlı lüğəti