1. Hərəkət qabiliyyətini itirmək, qurumaq, çəng olmaq, keyimək.
2. Məcazi mənada: hiss və dərk etmə qabiliyyətini itirmək, donub qalmaq, quruyub qalmaq; kütləşmək, süstləşmək. □ Sənubər başı keyləşənə .. qədər oxudu. (B.Bayramov).
3. Məcazi mənada: azalmaq, zəifləmək, keçmək.
1. Məkkədə müsəlmanların müqəddəs saydıqları bina – qibləgah. □ Kəbə ziyarətinə getmək.
2. Məcazi mənada: əsas, mərkəz. □ Mərhum Molla Tarqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün Kəbəsidir, yəni mərkəzidir. (C.Məmmədquluzadə).
3. Məcazi mənada: ən əziz, ən istəkli, ən müqəddəs sayılan şey haqqında. □ Onun Kəbəsi mücrüdür ki, gündə yeddi dəfə başına dolansın. (S.S.Axundov).
1. Arxaizm. Evlənmə əsnasında kişi (oğlan) tərəfindən qadına (qıza) vəd edilən nikah bahası; başlıq, mehr. □ ..Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. (Ü.Hacıbəyli).
2. İzdivac, nikah; evlənmənin qanuni şəklə salınması. □ Kəbin əhvalatını bitirməkdən ötrü əvvəlcə mənim bu əqdim .. qeyd olunmalı idi. (T.Ş.Simurq).
Həmçinin bax:
1. Arxaizm. Çəpgöz, qıyıqgöz, çaş. □ Kəcbin adam.
2. Arxaizm. Məcazi mənada: əyri gözlə baxan, hər şeyi əyri görən, yaxşı bir şey görməyən, xeyirxah olmayan. □ ..şəhla gözlərin insaniyyətcə nə qədər kəcbin olduğunu düşünmüşdü. (M.S.Ordubadi).