1. Kasıbın hal və vəziyyəti; yoxsulluq. □ Kasıblıq eyib deyil, oğurluq eyibdir. (Atalar sözü).
2. Yaşamaq üçün minimum qazanc verən bir peşə, sənət və ya iş. □ Mənə izin ver, gedim, özüm üçün bir kasıblıq tapım. (Ə.Haqverdiyev).
Həmçinin bax:
1. Pul, qiymətli kağızlar və s. saxlamaq üçün yeşik, şkaf, sandıq. □ Dəmir kassa. Kassanı açmaq. Kassanı bağlamaq.
2. İdarələrdə, müəssisələrdə pul qəbul etmək, saxlamaq, vermək, bilet satmaq və s. üçün xüsusi şöbə. □ Dəmir yol kassası. Teatr kassası. Kassadan pul almaq.
3. Müxtəlif kredit idarələrinin adı; Əmanət kassası.
4. İdarə və ya müəssisənin nağd pulu. □ Kassanı yoxlamaq. Kassanı təhvil vermək. Kassa dəftəri.
5. Arxaizm. Mətbəədə yuvacıqlara (gözlərə) bölünmüş şrift (hürufat) qutusu. □ ..sürətlə kassanın yuvacıqlarından xırda şriftləri yan-yana düzür. (S.Rəhman).