1. Çini, büllur, saxsı və ya metaldan qayrılmış ağzıgen qab. □ Mis kasa. Çini kasa. Kasaya xörək tökmək. Bir kasa su.
2. Tibb. Baş sümüklərinin, beyni əhatə edən yuxarı hissəsi. □ Beyin kasası.
3. Qaşıq və ona bənzər şeylərin çuxuru. □ Qaşıq kasası. Çömçə kasası. Tarın kasası.
4. Botanika. Açma dövründə çiçəyin xarici örtüsü; kasacıq. □ Kasasını açır zanbaq; Xoş bir ətir saçır zanbaq. (M.Dilbazi).
Həmçinin bax:
1. Ticarətdə mala tələb olmadığı, müştəri tapılmadığı, onun satılmadığı hal; alış-verişdə durğunluq, rəvacsızlıq. □ Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? (M.F.Axundzadə).
2. İsim kimi: qıtlıq, qəhətlik, azlıq, çatışmazlıq.
1. Ticarətdə malın satılmadığı, işə getmədiyi, müştərisi olmadığı vəziyyət; rəvacsızlıq, alış-verişdə durğunluq, böhran. □ Kasadlıq vaxtı.
2. Qıtlıq, qəhətlik. □ Başlanır illərin kasadlıq ili; Muğanın başına dünya dar olur. (S.Vurğun).
3. Kasıblıq, yoxsulluq, ehtiyac mənasında. □ Ağardı saçların, ömrün də yarı; Kasadlıq keçirir şerin bazarı. (S.Vurğun).