Bax: kallaşmaq.
1. Yetişməmiş meyvənin, məhsulun halı. □ Almanın kallığı. Üzümün kallığı. 2. Məcazi mənada: kütbeyinlik, kütlük, korazehinlik, qanmazlıq. □ Atlıxan Orxanın kallığına, keyliyinə təəccüblənirmiş kimi çiynini çəkdi. (İ.Məlikzadə).
Bax: xəttat.
Kalliqrafiyaya aid.
Rusiya Federasiyası tərkibində Kalmık MR-in əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. □ XVII əsrin 30-cu illərində Aşağı Volqada kalmıklar meydana çıxdılar. Kalmıkların nəsilləri oyratlardır.
Kalmık dilində. □ Kalmıkca yazılmış kitab. Kalmıkca danışmaq.
İstilik miqdarını ölçən cihaz.
Fizikanın müxtəlif cisimlərin istilik tutumunu ölçməklə məşğul olan sahəsi.
1. İstilik ölçüsü vahidi. 2. Hər bir qidanın insan orqanizmində yaratdığı istilik enerjisinin miqdarı. □ Bəzi qidalarda kaloriya azdır.
Kaloriyası çox olan. □ Kaloriyalı qidalar.
İstilik doğurma qabiliyyəti; bir şeydə olan kaloriyanın (istiliyin) miqdarı. □ Yanacağın kaloriyalılığı. Xörəyin kaloriyalılığı.
Tibb. Xlorlu kalsium və urotropin duzu (qripin qabağını almaq üçün dərman kimi işlənir).
Kimya. Əhəngdaşı, mərmər və s. tərkibində olan gümüşü-ağ rəngli metal – kimyəvi element.
Bax: sunərgizi.
Sarımtıl alma növü. □ Kalvil alması.