Reklam
Reklam

Bütün lüğətlər

iki [iki] say

1. Birdən sonra gələn ədəd – 2. □ Beşdən iki çıxmaq.
2. Miqdarca iki bildirir. □ Allah insana bir ağız, iki qulaq veribdir, buda bir söyləmək, iki eşitmək üçündür. (Atalar sözü).
3. Bir neçə, çox az mənasında. □ İki dəqiqə vaxtınızı alacağam.
4. Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən nömrə; “pis”. □ 2 almaq.

Qeyd: İki.. bu sayla əlaqədar olan bir sıra mürəkkəb sözlərin birinci tərkib hissəsi. Məsələn: ikibaşlı, ikimotorlu, ikiotaqlı, ikiyerli və s.

Həmçinin bax:

frazeologizm: ağ bir, qara iki frazeologizm: bir almanın iki üzü frazeologizm: bir dediyini iki eləməmək frazeologizm: bir əldə iki (beş) qarpız tutmaq frazeologizm: bir güllə ilə iki dovşan vurmaq frazeologizm: bir medalın iki üzü frazeologizm: bir nökərin iki ağası olmaq frazeologizm: bir sözünü iki eləməmək frazeologizm: bir-iki ağız demək frazeologizm: boyu bir qarış, saqqalı iki qarış frazeologizm: dəyənəyin iki başı var frazeologizm: dünən bir, bu gün iki frazeologizm: gözümün ikisi də aydın frazeologizm: iki ayağını bir başmağa dirəmək frazeologizm: iki baş, dörd ayaq olmaq frazeologizm: iki beşi qoşalamaq frazeologizm: iki cüt, bir tək frazeologizm: iki daşın arasında frazeologizm: iki eşşəyin arpasını bölə bilməmək frazeologizm: iki göz də satın almaq frazeologizm: iki gözü frazeologizm: iki gözünün işığı frazeologizm: iki kəlməni (sözü) bir-birinə calaya bilməmək frazeologizm: iki könül bir olmaq frazeologizm: iki qəpiyə dəyməz frazeologizm: iki od arasında qalmaq frazeologizm: qızın iki adaxlısı var frazeologizm: sözünü iki etməmək Azərbaycan dilinin izahlı lüğəti