1. Atadan (bəzən də anadan) övladlarına keçib şəxs adlarına əlavə edilən nəsli, ailəvi ad. □ Teymurun dindirdiyi sürücünün familiyası Cüməzadə idi. (H.Seyidbəyli).
2. Nəsil, qohum-əqrəba. □ Şükür öyrəndi ki, bu kənddə bir-birilə qanlı iki familiya vardır. (S.Hüseyn).
3. Ailə, ailə üzvləri.
1. Dindarlığı həddini aşaraq, başqa dinlərə düşmən münasibət bəsləyən adam; qatı mövhumatçı. □ Bağdad Şərq dünyasını təmsil edən əfsanəvi bir şəhər kimi, öz fanatik cah-cəlalı ilə bütün dünyanı heyrətə saldı. (Ə.Məmmədxanlı).
2. Hər hansı bir işə və ya əqidəyə, məsləkə həddindən artıq sadiq olan adam; təəssübkeş. □ Öz işinin fanatiki.
1. Xəyalda yaranan fikirlər, təsəvvürlər, surətlər; xəyali təsəvvür, gerçəkliyin mübaliğəli və ya fövqəltəbii şəkildə təsviri. □ Elmi fantastika. Yazıçı fantastikası.
2. Ədəbiyyatşünaslıq. Hadisələrin şişirdilmiş və ya fövqəltəbii şəkildə təsvir olunduğu bədii əsərlər. □ Jül Vernin fantastikası.
3. Həqiqətən mövcud olmayan, qeyri-real, xəyal kimi görünən şey. □ Keçmiş fantastika indi həqiqətə çevrilir.
1. Xəyalən bir şey uydurma, təsəvvür etmə bacarığı, yaradıcılıq təxəyyülü; xəyal, təxəyyül məhsulu; xam xəyal. □ Yazıçı fantaziyası. Rəssamın fantaziyası.
2. Musiqi. Sərbəst formalı improvizasiya səciyyəli əsər. □ Orkestrlə fortepiano üçün yazılmış fantaziya.