1. Yuxarıdan və ya bir şeyin üstündən aşağı düşmək. □ Dağdan enmək. Zirzəmiyə enmək. Qismət göydən zənbil ilə enməz. (Atalar sözü).
2. Azalmaq, alçalmaq, düşmək. □ Azərbaycanda cari ildə internet qiymətləri bir xeyli endi. Havanın temperaturu endi.
3. Torpağa, yerə oturmaq, yerə düşmək. □ Paraşütçülərdən biri Kamalın durduğu təpədən 2-3 yüz addım aralı, məxmər otların üzərinə endi. (M.Rzaquluzadə).
4. Çevrilmək, ...halını almaq. □ Çəpiklər çırtığa enmişdi; bunun da səsi eşidilmirdi. (Y.V.Çəmənzəminli).
5. Çökmək, basmaq, çulğalamaq. □ Sakit Azərbaycan kəndi üzərinə bir yaz axşamı enirdi. (Ə.Məmmədxanlı).
6. Məcazi mənada: azaltmaq, aşağı salmaq. □ ..Görəsən, şişbığ cəvahiratın qiymətindən bircə pillə enərmi? (S.Rəhimov).
7. Dəymək, zərbə hiss etmək. □ Başına bir yumruq endi.
8. Məcazi mənada: baş əymək, tabe olmaq, ...qabağında əyilmək. □ Nəbiyəm, enmərəm sultana, xana; Düşmənin tənəsi kar etməz cana; Boz atı oynadıb girrəm meydana. ("Qaçaq Nəbi").
Həmçinin bax:
1. Hərtərəfli məlumatı, təhsili olan. □ 100-dən artıq əsərin müəllifi dahi ensiklopedist alim Nəsirəddin Tusinin əsərləri dünya xalqlarının bir çox dillərinə tərcümə olunaraq dəfələrlə çap edilmiş, neçə-neçə alimlər nəslinin yetişməsində müstəsna rol oynamışdır.
2. Tarix. XVIII əsrin axırlarında Fransada nəşr edilən “Ensiklopediya” ətrafında toplaşmış qabaqcıl mütəfəkkirlər qrupunun nümayəndəsi, yaxud onların fikrinə şərik olan.
Tarix. XVIII əsrin axırlarında Fransada nəşr edilən “Ensiklopediya” ətrafında toplaşmış qabaqcıl mütəfəkkirlər qrupunun nümayəndəsi, yaxud onların fikrinə şərik olan adam. □ Axı, o dövr Didro başda olmaqla Fransada məşhur ensiklopediyaçıların humanizm, azadlıq, bəşəriyyətçilik bayrağını ucaltdığı dövrdür. (M.İbrahimov).
Azərbaycan dilinin izahlı lüğəti