Müxtəlif əməliyyat vasitəsilə qayırma, hazırlama, düzəltmə, hazır şəklə salma. □ Dəri emalı. Ağac emalı. Boru emalı.
Həmçinin bax:
1. İstehsal və ya təmir müəssisəsi, habelə bu cür müəssisənin binası; karxana. □ Xarrat emalatxanası. Tikiş emalatxanası. 2. Rəssamın, heykəltəraşın iş otağı. □ Lənkəranda rəssamların yaradıcılıq emalatxanası təşkil olunub.
Hazırlayan, emal edən, istehsal edən. □ Dünya təcrübəsində istehsalçı emalçı ilə müqavilə bağlayır və istehsal etdiyi məhsulun müəyyən faizini sənaye məhsuluna çevirəndən sonra ona verir.
Emal edən, hazırlayan, istehsal edən. □ Emaledici sənaye.
Biologiya. Embriologiyaya aid, embriologiyaya məxsus. □ İlk embrioloji tədqiqatlar Hippokrat və Aristotelin adı ilə bağlıdır.
Biologiya. Embriologiya mütəxəssisi.
Biologiya. Embriona aid olan, embrion (rüşeym) halında olan. □ Embrional dövr. Embrional inkişaf. Embrional hüceyrə.
1. Tibb. Bədənin bir yerində, ya toxumasında həddindən artıq hava, ya qaz yığılması. □ Dərialtı emfizema. 2. Tibb. Ciyərlərin qeyri-normal böyüməsi, şişməsi.
Maliyyə. Emissiyaya aid.
Həyəcanlılıq, təsirlilik, həyəcan oyatma, təsirləndirmə qabiliyyəti. □ Musiqinin emosionallığı.
1. Empirizm mahiyyətində olan. □ Empirik sosiologiyanın metodikası.
2. Empirizmə, yalnız təcrübəyə əsaslanan, təcrübi. □ Empirik üsul. Empirik düstur.
1. Fəlsəfə. İdrak üçün yalnız hissi qavrayışı, təcrübəni əsas hesab edən, nəzəri ümumiləşdirmələri qəbul etməyən fəlsəfi cərəyan tərəfdarı. 2. Praktik işlə məşğul olan adam.
Empirizmə əsaslanma, empirizm mahiyyəti daşıma, təcrübilik.
Fəlsəfə. Empiriokritisizm tərəfdarı.
Fəlsəfə. XIX əsrin axırlarında meydana çıxmış subyektiv idealist fəlsəfi cərəyan; maxizm. □ Empiriokritisizm həmçinin fizikada böhranla, fiziki idealizm məktəbi ilə bağlı olmuşdur.