1. Elektrotexnika. Elektrik avadanlığının, elektrik qurğularının montajı (quraşdırılması). □ Dövlət və kommersiya obyektinin düzgün elektromontajı mürəkkəb məsələdir və bunun öhdəsindən yalnız ixtisaslaşmış şirkətlər gələ bilər.
2. Elektromontaja aid olan şey, yer və s. □ Elektromontaj sexi.
Fizika. Fizikanın elektrikin, elektrikləşmiş cisimlərin nisbətən hərəkətsiz halda xassələrini öyrənən şöbəsi. □ Hərəkət etməyən elektrik yüklərinin qarşılıqlı elektrik təsirini və onların tarazlıq şərtlərini öyrənən elmə (bəhsə) elektrostatika deyilir.
Azərbaycan dilinin izahlı lüğətiFizika. Elektrik enerjisinin tətbiqi haqqında elm, həmçinin texnikanın elektrik enerjisindən praktiki məqsədlər üçün istifadə edən şöbəsi. □ Elektrotexnikanın yaranması və inkişafının başlanğıcı XIX əsrin birinci yarısına təsadüf edir.
Azərbaycan dilinin izahlı lüğəti