1. Hər hansı bir dini təlimin, yaxud nəzəriyyənin mütləq yerinə yetirilməli olan əsas və dəyişməz müddəaları, qanunları. □ İslam dininin ehkamları. Roma hüququ ehkamları
2. Bütün dövrlər və tarixi şərait üçün mütləq və dəyişməz qanun kimi qəbul edilən müddəa; doqma. □ Təbiət ehkamları.
1. Yavaş, yavaşca, sakit, asta, üsullu. □ Qapını ehmal açmaq. Yatanı ehmal oyatmaq lazımdır.
2. İsim kimi: klassik ədəbiyyatda aldırmama, əhəmiyyət verməmə, fikir verməmə, etina etməmə, etinasızlıq, başısoyuqluq mənalarında işlənmişdir. □ Tez çəkməzsən cəfa tiğin məni öldürməyə; Öldürər axır məni bir gün bu ehmalın sənin. (M.Füzuli).