1. Dar hala düşmək, darlaşmaq, dar olmaq, enliliyi azalmaq; sıxılmaq, sıxlaşmaq, yığılmaq, kiçilmək. □ Yol daralır. Ayaqqabılar daralmışdır.
2. Tükənmək. □ Səbri daralıb.
3. Təngişmək, sıxılmaq, təng olmaq. □ ...daralmış köksünə sığmayan qəlbi az qala partlayırdı. (A.Şaiq).
4. Məcazi mənada: qurtarmaq üzrə olmaq; məhdudlaşmaq, qısalmaq. □ ...Sonra gecikərik, gün də daralır. (S.Vurğun).
5. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, hövsələdən çıxmaq.
6. Ürəyi sıxılmaq, kədərlənmək, məyus olmaq, incimək. □ Nə əmrə daralmış, nə küskünəm mən; Həyatın həvəsi qalxır sinəmdən. (R.Rza).
Həmçinin bax:
1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. □ Başını daramaq.
2. Daraqdan keçirmək, daraqlayıb təmizləmək. □ ...Həcər isə döşək üstündə oturaraq yun darayırdı. (Ə.Sadıq).
3. Ot, saman və s.-ni şana və ya dırmıqla yığmaq, toplamaq; dırmıqlamaq. □ Əldə biçinçi darağı sərbəsər; Ot darayırlar qarılar hər tərəf. (A.Səhhət).
4. Ağacın, kolun və s.-nin lazımsız budaqlarını kəsmək. □ Darayıb, su verib calaqlamısan; Şaxtadan qışda yaxşı saxlamısan. (A.Səhhət).
Həmçinin bax:
1. Daraqla bir-birindən ayrılıb nizama salınmaq, düzəldilmək. □ Darandıqca qıvrılar tel; Üz üstündə yana düşər. (A.Şaiq).
2. Daraqdan keçirilmək, daraqlanıb təmizlənmək. □ Yun daranmışdır.
3. Öz başını daramaq. □ Kamal durub geyindi, darandı, yuyundu. (S.Rəhimov).
4. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. □ ...Təbii sərvətini əldə etmək üçün ...İranın cəmdəyinə daranmışdılar. (M.S.Ordubadi).
5. Məcazi mənada: bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq (bəzən “vücuduna”, “canına” sözləri ilə).
6. Əl və ayaqlar vasitəsilə dik bir yerə, yuxarıya qalxmaq, dırmaşmaq, çıxmaq; ümumiyyətlə, hündür bir yerə çıxmaq, qalxmaq. □ Səhəngi atırlar çiyinlərinə, kəklik kimi daranırlar dağ yuxarı. (N.Vəzirov).