1. Sifətlərdən əvvəl gələrək çoxaltma dərəcəsi əmələ gətirir. □ Daha yaxşı. Daha bərk. Daha sağlam.
2. Zərflərlə birlikdə işləndikdə müqayisə dərəcəsi düzəltməyə xidmət edir. □ Bu il yay keçən ilkindən daha isti keçir.
3. Bəzən “da” ədatı ilə işlənərək, əvvəlki mənanı qüvvətləndirir. □ Şəhərimiz daha da gözəlləşmişdir.
4. Miqdar və ya vaxt əlavəsini bildirir; başqa, digər, üstəlik, yenə; bundan artıq, bundan ziyadə, bundan qeyri. □ Qatarın yola düşməsinə daha bir-iki dəqiqə qalmışdır. Daha nə var? Daha heç nə istəmirəm.
5. Bir şeyin baş vermiş olduğunu, yaxud olub bitdiyini bildirir; artıq. □ ...Qəhrəman Nübar qarının evində daha hörmətdən düşürdü. (S.Rəhimov).
6. Bundan sonra, bundan belə, artıq (bəzən “bir” sözü ilə bərabər işlənir). □ Daha belə işlər görmə. Daha oraya getmə. Bir daha gözümə görünmə.
7. Hələ. □ Daha çocuqkən anasını itirmişdi. (S.Hüseyn).
Həmçinin bax:
1. Xariqüladə, ağıllı, zəkalı. □ Dahi sənətkar. Dahi yazıçı.
2. Dahiyə xas olan, ancaq dahinin yarada biləcəyi. □ İndi hər vətəndaş düşünsün dərin; Gəlsin xatirinə dahi sözlərin. (S.Vurğun).
3. İsim kimi: xariqüladə ağıl və zəkaya malik olan şəxs. □ Dahilər – hər sözü bir dağ, bir qala; Cahillər – dağıtmaq, yıxmaq “dahisi”. (M.Araz).