Bax: cırdırmaq.
Cırmağa məcbur (vadar) etmək. □ Kağızı cırdırmaq.
Dialekt. Şirin qırmızı alma növü.
1. Bərk yandırıcı, qızmar hava haqqında. □ Yayın cırhacırı idi. 2. Aramsız çıxan cırıltı səsini bildirən təqlidi söz. □ Külək vurduqca quru ağac cırhacır səslənir.
1. Bir və ya çox yerdən cırılmış, yırtılmış, parça-parça olmuş; yırtıq. □ Cırıq paltar. Cırıq çəkmə. Cırıq örpək. 2. İsim kimi: cırılmış, sökülmüş, yırtılmış yer. □ Köynəyin cırığını tikmək. 3. Bitişmiş yara yeri.
Tamam cırıq, hər yeri cırıq. □ Cırıq-cırıq dəftərlər.
Bax: cırıldamaq.
1. Cırıltı səsi çıxarmaq, cır-cır eləmək; cırıltılı səs çıxarmaq, bu cür səslə danışmaq. □ ...Cəmilin kasıb daxmasının qapısı cırıldamırdı. (Mir Cəlal). Uşağın səsi cırıldayırdı. 2. Cırcırama haqqında. □ Cırcırama cırıldayır.
Bax: cırıldaşmaq.
Bir yerdə ağız-ağıza verib cır-cır səs çıxartmaq, cırıldamaq. □ ...Suyu qurumuş arxın üstündəki söyüd ağacında cırcıramalar cırıldaşırdı. (B.Bayramov).
Bax: cırıldatmaq.
Cırıldamasına səbəb olmaq, cır-cır səs çıxartdırmaq. □ Sübhanverdizadə eşələnərək məftilli krovatı cırıldatdı. (S.Rəhimov).
Tez cırılan, tez dağılan, davamsız. □ Cırılğan parça.
Cırılğan şeyin keyfiyyəti.
Bax: cırılmaq.