Böyük, iri, yekə, cüssəli. □ Cəsamətli at.
Qorxmazlıq, hünər, cürət. □ Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. (A.Şaiq).
Ürəklənərək, qorxmadan, çəkinmədən. □ Qamçılayır cəsarətlə əyər-əskik nə vardırsa; Sözlər aydın, fikir dərin, məna böyük, məktub qısa. (R.Rza).
Bax: cəsarətləndirmək.
Cəsarət vermək, ürək vermək, ürəkləndirmək, ruhlandırmaq. □ Səadət xanımın sualları məni cəsarətləndirirdi. (Mir Cəlal).
Bax: cəsarətlənmək.
Cəsarət etmək, qorxusu gedib cürətlənmək, ürəklənmək; özündə cəsarət hiss etmək; ruhlanmaq; daha heç şeydən qorxmamaq. □ Nəhayət, cəsarətləndim... o səs mənim olacaq – dedim. (Y.V.Çəmənzəminli).
Cürətli, igid, ürəkli, qoçaq. □ Yaşar cəsarətli olmağa çalışdı. (M.Rzaquluzadə).
Cəsarətli adamın hal və keyfiyyəti; qoçaqlıq, hünərlilik, igidlik, zirəklik. □ Futbol adamlarda... cəsarətlilik, vəziyyəti düzgün qiymətləndirmək və bir çox başqa xüsusiyyətləri tərbiyələndirir. (Ə.Babayev).
1. Qorxaq; cəsarəti, cürəti olmayan, ürəksiz, ağciyər. □ Cəsarətsiz adam. Cəsarətsiz hərəkət. 2. Zərf kimi: qətiyyətsiz, çəkinərək; qorxa-qorxa, çəkinə-çəkinə, cəsarət etmədən. □ ...Xanım da cəsarətsiz bir halda duruxdu. (Y.V.Çəmənzəminli).
Cəsarətsiz adama xas olan hal; qorxaqlıq, ürəksizlik, ağciyərlik. □ Cəsarətsizlik göstərmək.
1. Meyit, ölü bədəni. □ Can gedib, cəsəd qalıb; Görünən qaraltıdı. (Bayatı). 2. Bədən. □ Oğrun-oğrun daldalardan baxırsan; Alırsan cəsəddən canı, sevdiyim! (Aşıq Ələsgər).
Bədəncə, boyca iri, gövdəli, vücudlu, cüssəli. □ Sona xala... sağlam, erkək-təbiətli, ucaqamətli, cəsədli bir qadın idi. (S.S.Axundov).
Böyük, iri, yekə, gövdəli, cəsamətli, əzəmətli. □ Gəlin qayası cəsim heykəl kimi şahanə bir vüqarla dayanmışdı. (B.Bayramov).
Cəsarətli, igid, qoçaq, qorxmaz, ürəkli. □ Mərdan sağlam, cəsur bir uşaq idi. (S.S.Axundov).