1. Arxaizm. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alınan rüsum, vergi, ümumiyyətlə vergi. □ Kişi bütün dünyadan bac-xərac alır. (C.Cabbarlı).
2. Arxaizm, tarix. Qalibin məğlubdan aldığı təzminat, vergi. □ Xəlil paşa Koroğluya yeddi ilin bac-xəracını verdi. (“Koroğlu”).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların bir-birinə və ya qardaşlarına olan qohumluq münasibəti. □ Doğma bacılar. Əkiz bacılar. Bacı ki, ərə getdi, ixtiyarı da səndən getdi. (Atalar sözü). Bu yurdun tacı bağlar; Meyvəsi acı bağlar, Ağrısa qardaş başı; Yenə də bacı ağlar. (Bayatı).
2. Tanış olmayan qadına, qıza ehtiramla müraciət, hörmət üçün qadınların adlarına, yaxud ləqəbinə əlavə olunur. □ Ey atalar, analar, ey gəlinlər, bacılar; Az keçər bahar kimi ürəyiniz açılar. (S.Rüstəm).
Həmçinin bax:
1. Ögey bacı. □ Qız onun bacılığıdır, bunu qızın özü söyləyir. (M.S.Ordubadi).
2. İki qız və ya iki qadın arasındakı bacıcasına münasibət, əlaqə, səmimiyyət, rəfiqə, yoldaş, dost (qız, qadın). □ Bacılıq etmək. Evdə tək otura bilmədiyimdən, axşamlar bacılığımgilə gedirəm. (Mir Cəlal).
1. Dialekt. Təndir və s. qurmaq üçün içinə keçi qılı qatılıb hazırlanan qatı palçıq.
2. Dialekt. Qazma evlərin ortasında palçıqdan qayrılan ocaq yeri.
Yel, külək. □ Mən aşiq, bad apardı; Bad vurdu, bad apardı; Cəfasını mən çəkdim; Səfasın yad apardı. (Bayatı)
Həmçinin bax:
1. Sərbəst güləşmə zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma.
2. Məcazi mənada: hiylə, kələk, fənd, fırıldaq mənasında.
3. Sınmış ağacı bərkitmək üçün ona keçirilən enli dəmir halqa.
4. Ev quşlarının ayaqlarına bağlanan bağ, ip, halqa.
5. Yastıbaşlı, itiuclu dəmir və ya ağac mıx, mismar; gülmıx.
Həmçinin bax: